Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-04-2024 , 09:02

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Xanım bələdiyyə sədri “Fəxri Fərman”la təltif edilib  

Səbail bələdiyyəsində Bibiheybət bələdiyyəsinin fəaliyyətinə həsr olunan görüş keçirilib. Görüşdə Səbail RİH-in ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlham Məmmədov, rayon təsərrüfatı şöbəsinin müdiri Fəraməz Rəhmani, Badamdar Bələdiyyəsinin sədri Təzəxan Məmmədov, habelə rayon bələdiyyələrinin üzv və qulluqçuları iştirak ediblər.

Görüşdə çıxış edən Səbail Bələdiyyəsinin sədri Hacı Əliyev Bibiheybət bələdiyyəsinin son illərdəki fəaliyyətinə toxunaraq,  əldə olunan uğurlarda sədr Validə Həsənovanın xidmətinə yüksək qiymət verib. Bələdiyyə sahəsindəki fəaliyyətinə Səbail bələdiyyəsindən başladığı qeyd edən sədr Hacı Əliyev yalnız xanım sədrin fəaliyyəti dövründə bələdiyyə səhəsindəki neqativi aradan qaldıraraq, qəsəbədə bir sıra ciddi layihələrin icrasına nail olunduğunu xüsusilə vurğulayıb. Bu günlərdə ad gününü qeyd edən sədrə Hacı Əliyev uğurlar arzulayaraq, bələdiyyə sahəsinin inkişafına bundan sonra da  daha böyük töhfələr verəcəyinə inandığını qeyd edib.

Səbail RİH-in şöbə müdiri İlham Məmmədov icra hakmiyyəti tərəfindən Bibiheybət bələdiyyəsinin fəaliyyətinə yüksək qiymət verildiyini və rayonda bələdiyyə-icra münasibətlərinin nümunə gətirilə biləcək bir səviyyədə inkişaf etdiyini qeyd edib.

Badamdar Bələdiyyəsinin sədri  Təzəxan Məmmədov həmkarının fəaliyyətinə yüksək qiymət verərək 2019-cu il seçkilərindən sonra rayonda formalaşan üç bələdiyyənin əməkdaşlıq əlaqələrinin yüəsələn xətt üzrə getdiyini qeyd edərək həmkarına uğurlar arzulamışdır.

Görüşdə həmçinin Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin məsul əməkdaşı Məhəmməd Kərimov,   “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri VüqarTofiqli çıxış edərək Bibiheybət bələdiyyəsinin son illərdə qazandığı uğurlarından danışaraq sədr Validə Həsənovaya öz arzularını çatdırmışlar.

Sonda rayonun ictimai-siyasi həyatındakı səmərəli fəaliyyətə görə  Səbail RİH başçısı Vüqar Zeynalovun müvafiq əmriylə Validə Həsənova  Səbail RİH-in “Fəxri Fərmanı” ilə təltif olunub.

Görüş çay süfrəsi arxasında davam etdirilib.

Belediyye.info