Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-04-2024 , 18:26

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

"Bələdiyyələrin maddi və struktur problemləri seçkidən əvvəl həll edilməlidir ki, yenidən təkrarlanmasın"

Bir neçə gün öncə, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin statusu haqqında” qanunlara dəyişiklik layihələri qəbul edilib. Belə ki, əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyədə yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla həmin bələdiyyənin digər bələdiyyə ilə birləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə qərar qəbul edəcək. Yaranan bələdiyyənin adı birləşən bələdiyyələr arasında əhalisinin sayı ən çox olan bələdiyyənin adına uyğun müəyyən ediləcək.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Milli Məclisdə müzakirəyə çıxarılan qanunvericilik lahiyələrində bələdiyyələrin birgə fəaliyyəti birləşməsi ayrılması və ləğv edilməsi haqqında qanuna ediləcək düzəliş qeyd edilib. Həmin düzəlişlərin birində konkret göstərilir ki, bələdiyyələrin birləşdirilməsindən yaranan yeni bələdiyyənin adı, birləşən bələdiyyələr arasında əhalisinin sayı ən çox olanların adına uyğun müəyyən ediləcək.

“Tutaq ki, üç bələdiyyə birləşirsə, orada hansı bələdiyyənin əhalisinin sayı çoxdursa, o bələdiyyənin də adı saya uyğun olaraq, həmin bələdiyyənin adından götürüləcək və ona uyğunlaşdırılacaq. Birləşmə zamanı müəyyən yarana biləcək problemləri də bəri başdan sığortalayıb, onun həllinə nail olmaq lazımdır. Yəni tutaq ki, birləşdiriləcək bələdiyyələrin içərisində biri nümunəvi bələdiyyədir, digər ikisinin bank hesabı bağlıdır və DSMF kifayət qədər borcu var. Bu birləşdirmədən sonra bələdiyyə həmin nümunəvi bələdiyyənin adına uyğun olaraq, uyğunlaşdırılandan sonra o borc həmin o nümunəvi bələdiyyənin hesabına yığılacaq. Nəticədə də nümunəvi bir bələdiyyə çöküş vəziyyəti ilə üz-üzə qalacaq. Bu səbəbdən də, birləşdirməyə qədər elə addım atılmalıdır ki, müəyyən borclanma ilə üz-üzə qalmış bələdiyyələrin problemləri öz həllini tapmış olsun ki, artıq növbəti ildə seçkilərdən sonra formalaşdırılacaq bələdiyyələr bu problemlərlə üz-üzə qalmasın. Sakinlərinin, öz seçicilərinin, vətəndaşlarının probleminin həllinə ürəkli şəkildə nail ola bilsin”-deyə Vüqar Tofiqli bildirib.

Ekspert qeyd edib ki, mövcud olan problemlər bir çox hallarda nümunəvi bələdiyyəni geri atmış problemlərlə üz-üzə qoymuş olacaq. Vüqar Tofiqli hesab edir ki, bu səbəbdən də, bu məsələlərə ümumi kontekstdə baxmaq, o problemlər toplu şəkildə həll etmək lazımdır. Məsələlərə kompleks şəkildə yanaşmaq lazımdır.

“Birləşdirilmədən sonra nümunəvi bələdiyyənin gələcəkdə borclanmış bələdiyyələrin sırasına qoşulmaması üçün indidən qanunvericilik baxımından hərhansı bir addım atılmalı və onun həllinə nail olmaq lazımdır. Birinci birləşdirmə zamanı yəni 2009-ci ildə, ondan sonra 2014-ci ildə birləşdirmə prosesi gedən zaman qeyd edilən problemlə üz-üzə qalan çox saylı bələdiyyələr oldu. Bu gün də müəyyən mənada həmin problemlər davam etməkdədir”-deyə Vüqar Tofiqli vurğulayıb.

İradə Cəlil, Bizimyol.info 

https://www.bizimyol.info/az/news/491647.html



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər