Şirvan Bələdiyyəsində tədbir keçirildi
"Korrupsiyaya qarşı mübarizə haqqında " Azərbaycan Respublikası Qanununun tələbləri baxımından Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbiri Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov açdı O , qeyd etdi ki bu gün Korrupsiyaya qarşı mübarizə hamımızın əsas vəzifələrimizdən biri olmalıdır Bu istiqamətdə respublikamızda bildiyiniz kimi ardıcıl məqsədyönlü işlər aparılır Bir çox fəzifəli şəxslərin əməlləri ifşa olunub və bu mübarizə davam edir Odur ki ; Korrupsiyaya qarşı mübarizə haqqında " qanunun tələbləri fəaliyyət proqramımız çevrilməlidir Sonra Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Azər Hüseynov , Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Hənifə Mövlayev, Şirvan Bəldiyyəsinin Beynəlxalq əməkdaşlıq və layihələrlə iş şöbəsinin müdiri Akif Saqiyev , bələdiyyənin hüquqşünası Sərraf Əzimov və başqaları çıxış edərək qeyd etdilər ki , bu nöqteyi - nəzərdən qəbul edilmiş Milli Fəaliyyət Planında əks etdirilmiş kompleks tədbirlərin icrası ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata kecirilən məqsədyönlü və qətiyyətli fəaliyyətin tərkib hissəsi kimi şəffaflığın artırılmasına dövlət orqanları ( qrumları) tərəfindən göstərilən xidmətlərin keyfiyyət etibarı ilə yaxşılaşdırılmasına , ictimai nəzarətin təşkilində və korrupsiyanın ifşa edilməsində vətəndaş cəmiyyəti institutlarının rolunun artırılmasına xidmət edir
Tədbirə Bələdiyyənin sədri Kürdoğlu Muradov yekun vurdu tövsiyyələrini verdi
Bələdiyyənin mətbuat xidməti
Rəylər
0 Rəy