Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-03-2024 , 21:06

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyə sədri: “Büdcə vəsaitlərimizi artırmaq üçün var qüvvəmizlə çalışsaq da...”

"Vəndam bələdiyyəsində son illər əmlak vergisinin yığımında ciddi irəliləyişlər əldə olunub” - bu fikirləri Belediyye.infoya  Qəbələ rayonu Vəndam Bələdiyyəsinin sədri Asif Həşimov bildirib. Sədrin sözlərinə görə, illər üzrə əmlak vergisinin yığımı  belə olmuşdur: 2019-cu ildə 1.415 manat, 2020-ci ildə 1.781 manat, 2021-ci ildə 2.262 manat, 2022-ci ildə  4.489 manat, 2023-cü ildə isə 4.987 manat təşkil edib.

Cari ilin iki ayı ərzində isə 840 manat əmlak vergisi toplanılıb.

Müvafiq olaraq büdcə gəlirlərində tutduğu yer  isə 2.6 faiz, 3.7  faiz, 4.2 faiz, 8.0 faiz, və ötən il isə 12 faiz təşkil edib.  Cari ilin iki ayı ərzində isə ümumi əldə etdiyimiz gəlirin 8.3 faizi əmlak vergisinin payına düşür. 

Sədr bildirib ki, əmlak vergilsinin bələdiyyə büdcəsində həcminin az olmasının səbəbləri kimi aşağıdakı halları qeyd etmək olar:

-tarif dərəcələrinin aşağı olması,

-mülkiyyət sahiblərinin əksəriyyətinin imtiyazlı olmaları,

 və kənd yerində insanların mülklərinə sənəd almaq imkanlarının və maraqlarının olmamasıdır

Bununla yanaşı təklif edərdik ki, vergi qanunvericiliyində nəzərdə tutulmuş müvafiq maddədə vətəndaşların "mülkiyyətində" sözündən sonra "həm də "istifadəsində" sözü əlavə edilsin. Bu əlavənin edilməsi nəticədə yığımı xeyli artırmış olacaqdır.

Hər halda bələdiyyə büdcəsinə əlavə maliyyənin daxil olması nəticə etibariylə vətəndaşın üzləşdiyi  problemin sürətli həlli deməkdir.

Nəticə etibariylə  bələdiyyə olaraq vətəndaş məmnunluğunu təmin etmiş oluruq.  Odur ki, büdcə vəsaitlərimizi artırmaq üçün bələdiyyənin kollektivi  var qüvvəsiylə çalışsa da, hər halda  qanunvericiliyə əlavə və düzəlişlərin edilməsinə bu gün çox böyük ehtiyac var.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şuşa rayonu üzrə tikintinin göstəriciləri

Gündəlik Xəbərlər
09-05-2024

Şuşa rayonu üzrə sənayenin göstəriciləri

Gündəlik Xəbərlər
07-05-2024

Bələdiyyə qulluqçusu dünyasını  dəyişib

Gündəlik Xəbərlər
05-05-2024