Əsli Qasımova: "2019-cu illə müqayisədə əmlak vergisnin həcmini 2.5 dəfə artırmağa nail olmuşuq"
"Qəsəbədə bələdiyyə tərəfindən əmlak vergisinin yığımı üçün bir sıra ciddi addımlar atılır"-bu fikirləri Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbə Bələdiyyəsinin sədri Əsli Qasımova bildirib. Sədrin sözlərinə görə, 2020-ci ilə qədər qəsəbədə bina evlərindən əmlak vergisinin yığılması sıfır həddinə olub.
Son illərdə binalardan əmlak vergisinin yığımıyla bağlı bələdiyyənin vergi müffətişləri ciddi şəkildə izahat işləri aparır, görüşlər keçirir və sonda isə bildirişlər paylanılır. Və ən əsası bizimdə iştirakımızla keçirilən görüşlərdə sakinlərin qaldırdığı problemlər bələdiyyənin səlahyyəti çərçivəsində həll olunur və ya həll edilməsi üçün digər qurumlara istiqamətləndirilir. Məhz bu addımların sayəsində əmlak vergisinin həcmini 2019-cu illə müqayisədə ötən il 2.5 dəfə artırmağa nail ola bilmişik.
Belə ki, 2019-cu ildə 7.593 manat, 2020-ci ildə 9.989 manat, 2021-ci ildə 17.097 manat, 2023-cü ildə isə 18.790 manat əmlak vergisi toplanılıb.
Sədr qeyd eidb ki, əmlak vergisinin ümumi büdcə gəlirində tutduğu həcm artıq 35 faizə çatıb.
Belediyye.info
Rəylər
0 Rəy