Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-02-2024 , 19:29

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Şuşa rayonunda heyvanların tam uçotunun aparılması yekunlaşmışdır 


01 yanvar 2024-cü il vəziyyətinə  heyvanların, quşların və arı ailələrinin tam uçotunun aparılması Şuşa rayonunun 13 inzibati ərazi dairəsi üzrə 38 yaşayış məntəqəsində keçirilmişdir. 

Aparılan siyahıyaalma nəticələri aşağıdakı kimi olmuşdur:İribuynuzlu mal-qara rayon üzrə cəmi 5337 baş olmuşdur ki, bundan da şəhər yeri üzrə 1242 baş, kənd yeri üzrə isə 4095 baş olmuşdur.İnək və camışlar rayon üzrə 2531 baş olmuşdur ki, bundan da şəhər yeri üzrə 455 baş, kənd yeri üzrə isə 2076 baş olmuşdur.Qoyun və keçilər rayon üzrə 32624 baş olmuşdur ki, bundan da şəhər yeri üzrə 12798 baş, kənd yeri üzrə isə 19826 baş olmuşdur.

Atlar rayon üzrə 231 baş olmuşdur ki, bundan da şəhər yeri üzrə 53 baş, kənd yeri üzrə isə 178  baş  olmuşdur.Quşlar rayon üzrə 19870 baş olmuşdur ki, bundan da şəhər yeri üzrə 3692 baş, kənd yeri üzrə isə 16178 baş olmuşdur.Arı ailəsi rayon üzrə 3865 arı ailəsi olmuşdur ki, bundan da şəhər yeri üzrə 1050 arı ailəsi, kənd yeri üzrə isə 2815  arı ailəsi olmuşdur.

01 yanvar 2023-cü il vəziyyətinə rayon üzrə iribuynuzlu  mal-qara  4844 baş  olduğu  halda,  01 yanvar 2024-cü il vəziyyətinə 5337 baş olmuş, yəni 493 baş və  ya 10,2 faiz,  inək  və  camış  01 yanvar 2023-cü il vəziyyətinə 2383 baş  olduğu  halda,  01 yanvar 2024-cü il vəziyyətinə 2531  baş olmuş, yəni 148  baş  və  ya 6,2 faiz artmışdır.

 Qoyun  və  keçi  01 yanvar 2023-cü il vəziyyətinə 35093 baş  olduğu  halda,  01 yanvar 2024-cü il vəziyyətinə 32624 baş olmuş, yəni 2469 baş  və ya 7,0 faiz  azalmışdır.

Atlar  01 yanvar 2023-cü il vəziyyətinə 223 baş  olduğu  halda,  01 yanvar 2024-cü il vəziyyətinə 231  baş olmuş, yəni 8 baş  və  ya  3,6 faiz artmışdır. Quşlar isə 01 yanvar 2023-cü il vəziyyətinə 19647 baş olduğu halda,  01 yanvar 2024-cü il vəziyyətinə  isə  19870  baş olmuş,  yəni 223 baş  və  ya 1,1 faiz artmışdır. Arı ailəsi 01 yanvar 2023-cü il vəziyyətinə 3543 arı ailəsi olduğu halda, 01 yanvar 2024-cü il vəziyyətinə isə 3865 arı ailəsi olmuş, yəni 322 arı ailəsi və ya 9,1 faiz artmışdır.

Əhalinin heyvandarlığa olan marağının  nəticəsidir  ki, bəzi çətinliklərə baxmayaraq  rayonun  əhalisi  bu  sahəni  daha  yüksək  inkişaf  etdirməyə çalışırlar.

Anar Xəlilov

şuşa Rayon Statistika İdarəsinin rəisi  

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə sədri həbs edildi

Gündəlik Xəbərlər
12-06-2024

Nazir rəisi işdən çıxardı

Gündəlik Xəbərlər
12-06-2024

ÜÇ SUAL ÜÇ CAVAB -soruşun cavab verək

Gündəlik Xəbərlər
05-06-2024