Orxan Adıgözəlzadə: “Bələdiyyə torpaqlarının sənədləşdirilməsi vahid pəncərə sistemiylə həyata keçirilsin. Bir şərtlə ki,...”
“Bələdiyyə torpaqlarının sənədləşdirlməsinin icrası ASAN xidmət mərkəzlərinə verilməsi ümumilkdə həm şəffaflığın, həm də vətəndaş məmnunluğunun təmin edilməsində mühüm rol oynaya bilər”- bu fikirləri Belediyye.infoya Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsini icra edən Orxan Adıgözəlzadə bildirib.
Hazırda vətəndaşın əmlakının
sənədləşdirilməsində, habelə bələdiyyə mülkiyyətinə aid edilən ərazilərin -bələdiyyə
torpaqlarının, istər bələdiyyə tərəfindən, istərsə də vətəndaşlar tərəfindən həyata
keçirilməsində, etiraf edək ki, ciddi problemlər mövcuddur. Bir tərəfdən prosesin
günlərlə və aylarla davam etməsi, bəzi hallarda neqativ halların baş vermə ehtimalının
yüksək olması, o cümlədən bəzi bürokratik amillərin mövcudluğu nəticə
etibariylə sakinlərin narazılğını artırmış olur.
Bir tərəfdən Əmlak məsələləri Dövlət xidmətinin,
digər tərəfdən Şəhərsalma və Arxitektura Komitəsində çalışan bəzi məmurların
bələdiyyələrin müraciətlərinə etinasız şəkildə baxılması, üstəlik bu günədək
bələdiyyələrə xəritələrin verilməməsi, ən
əsası Əmlak məsələləri Dövlət xidmətində vahid xəritənin qəbul edilməsinə marağın
belə olmaması vətəndaşlar arasında narazılığa səbəb olur.
Təəssüf ki, prosesi ləngidən orqanlar yaxalarını kənara çəkdiyindən vətəndaş qarşısına bələdiyyə çıxmalı olur.
Odur ki, bələdiyyə torpaqlarının sənədləşdirilməsiylə bağlı
bütün prosesin, bələdiyyə təmsilçisinə də mərkəzdə yer ayrılması şərtiylə, ASAN
Xidmət mərkəzlərinə verilməklə prosesin icrasında “vahid pəncərə sistemi”nin tətbiq edilməsi nəticədə
problemin həllini sürətləndirmiş olacaqdır.
Rəylər
1 Rəy
Rəşad Əmiraslanov
09-01-2024, 10 ay əvvəl
Hörmətli Orxan Adıgözəlzadə ilə çox razıyam və həmdə deyərdimki, eyni problemi yaşayırıq. Bəlkə də mənim qədər Dövlət Əklak xidmətinin Torpaqların İdarə olunması və Geodeziya şöbəsindən narazı ikinci bir şəxs olmaz(hərçənd ki, narazı olan bələdiyyə sədirləri çoxdur amma təəssüfki cürrət edib şikayət edən yoxdur). Çünki bir RƏY-i ki, ən azı 4-5 aya verirlər ( o da iqtisadiyyat nazirliyinə şikayət etdikdən sonra) orada hansı şəffaflıqdan və qərəzsizlikdən danışmaq olar?! Ümumiyyətlə bir sənədə neçə dəfə RƏY verərlər???, Niyə bələdiyyənin ÇIXARIŞI olduğu halda hərraca çıxarmaq üçün yenidən RƏY almaq lazımdır?? Bunun anlamı nə?? Yenidən 4-5 ay Bələdiyyəni süründüməkdən ötəri?? Bütün bunlara görə vətəndaş bələdiyyədən çox narazı qalır və hətda bələdiyyədən prokurorluğa, korrupsiyaya, DTX-ya belə şikayət edir. Amma bu adı çəkilən idarədən heç kim soruşmurki, bu nə hoqqadı çıxarırsınız??? Nə isə, ürəyim lap doludu......
Cavabla