Telman Süleymanov: “Yenilənmiş BAMS proqramı fəaliyyətimizə müsbət təsir etməkdədir”
“Cari ildə Şüvəlan bələdiyyəsinin büdcə
gəlirlərini 11 faizədək artıra bilmişik” -m bu fikirləri Belediyye.infoya Xəzər
rayonu Şüvəlan Bələdiyyəsinin sədri Telman Süleymanov bildirib.
Sədrin
sözlərinə görə, hazırda ərazimizdə olan əmlaklar haqqında bilgilər bələdiyyənin
məlumat bazasında olsada onların xeylı
bir hissəsinin sənədinin olmaması büdcə gəlirlərinə ciddi təsir etməkdədir.
Hazırda
yenilənmiş BAMS proqramı fəaliyyətimizə müsbət təsir etməkdədir, üstəlik BAMS-ın
Əmlak məsələləri Dövlət Xidmətinin
bazasına inteqrasiya olunması son nəticədə bələdiyyənin büdcə gəlirlərinə ciddi
dəstək verməkdədir.
Cari
ildə iri vergi borcu olan vergi ödəyicilərinin 17 nəfəri barəsində bələdiyyə
iclasının qərarı icra şöbəsinə göndərilib. Hazırda onlardan 11 nəfəri vergi borcunu
ödəyib, digərlərinin də vergi borcunun ödənilməsi üzərində iş aparılır.
Növbəti ildə büdcə gəlirlərini kifayət qədər artırmaq niyyətimiz var. Məhz belə olan halda biz seçicilərimiz qarşısında götürdüyümüz öhdəliyi layiqincə yerinə yetirə biləcəyik.
Belediyye.info
Rəylər
0 Rəy