Şüvəlan bələdiyyəsi "Beynəlxalq Əlillər Günü"nə həsr olunmuş humanitar aksiya keçirib
3 dekabr 2023-cü il tarixində Xəzər rayonu Şüvəlan Bələdiyyəsi "Beynəlxalq Əlillər Günü"nə həsr olunmuş növbəti humanitar aksiya keçirib. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub. Məlumatda qeyd edilir ki, aksiya çərçivəsində bələdiyyənin sədri Telman Süleymanov və bələdiyyə quluqçuları tərəfindən qəsəbə ərazisində yaşayan bir qrup əlillə ərzaq payı təqdim edilərək, həmçinin onların sosial məişət qayğıları ilə maraqlanıblar.
Qəsəbə sakinləri fiziki məhdudiyyətli şəxslərin sosial rifahı naminə onlara daim diqqət göstərən dövlətimizə və ölkə rəhbərliyinə, təşkilatçılıq üçün bələdiyyənin sədrinə və əməkdaşlarına öz minnətdarlıqlarını ifadə etdilər.
Qeyd edək ki, Beyynəlxalq Əlillər Günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Onun hədəfi — ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.