Ədliyyə orqanlarının 105 illik yubileyi ilə bağlı ağacəkmə aksiyası keçirilib
Ədliyyə orqanlarının 105 illik yubileyi və 22 noyabr ədliyyə işçilərinin peşə bayramı gününün təntənəli qeyd edilməsi ilə bağlı “Tədbirlər Planı”nın 12-ci bəndinin icrası məqsədi ilə 21.11.2023-cü il tarixdə Xaçmaz regional ədliyyə idarəsi tərəfindən idarənin ərazi yurisdiksiyasına aid olan Quba rayonu icra və probasiya şöbəsinin və Quba rayonu üzrə digər yerli ədliyyə qurumlarının əməkdaşlarının, o cümlədən könüllülərin birgə iştirakı ilə ağacəkmə aksiyası təşkil edilmişdir.
Aksiyadan öncə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Xaçmaz regional ədliyyə idarəsinin rəisi vəzifəsini icra edən rəis müavini Qədir Paşayev, Quba rayonu icra və probasiya şöbəsinin rəisi Arif İmanov, idarənin əməkdaşları və Quba rayonu üzrə yerli ədliyyə qurumlarının işçiləri tərəfindən Ulu Öndər Heydər Əliyevin Quba şəhərində yerləşən büstü önünə gül dəstələri düzülərək Ümummlli Liderin əziz xatirəsi hörmət və ehtiramla anıldı.
Aksiya zamanı Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində müxtəlif növ dekarativ ağaclar əkilərək ərazidə olan mövcud yaşıllıqlara qulluq göstərilmiş, yaşıllıq zonasında təmizlik işləri aparılmışdır.
, Xaçmaz regional ədliyyə idarəsi