Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-11-2023 , 10:33

4955

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Azərbaycan Ədiyyəsinin 105 illiyinə

Azərbaycan Ədliyyəsi artıq 105 yaşını qeyd edir. Fəaliyyət istiqamətlərindən biri də bələdiyyələrə inzibati nəzarəti həyata keçirmək olduğundan, habelə bələdiyyələrə metodoloji yardım göstərdiyindən bu qurumda çalışan çoxsaylı insanlarla fəaliyyətimlə bağlı əməkdaşlıq müstəvisində əlaqə qurmuşam. Şəxsən tanıdığım onlarca ədliyyə qulluqçusu var. Bir çoxu da vətəninə və dövlətinə sədaqətlə xidmət etdiyindən, o cümlədən bələdiyyələrin fəaliyyətinə canı dildən dəstək göstərdiyindən fəaliyyətləri ürəyimdən xəbər verir.

Bələdiyyələrlə iş mərkəzi və on bir regional ədliyyə idarəsindən doqquzu ilə sıx əməkdaşlıq əlaqəsi qurmaqla qarşılıqlı şəkildə bələdiyyələrin üzləşdiyi problemlərin və çətinliklərin aradan qaldırılmasına bizdə öz töhfəmizi verməyə çalışırıq.

Qeyd etməliyəm ki, informasiya mübadiləsində Bələdiyyələrlə iş mərkəziylə yanaşı, Göyçay, Bərdə, İmişli, Gəncə, Şəmkir, Lənkəran  və Şirvan regional idarələri həqiqətən fərqlənir. Bu gün  Xaçmaz regional ədliyyə idarəsinin əməkdaşları var qüvvə ilə çalışaraq qurum haqqında əvvəlki illərdə formalaşmış neqativi aradan qaldrımağa çalışır və etiraf edək ki, buna nail ola biliblər. Bu günlərdə layihə çərçivəsində Şəki regional ədliyyə idarəsinin əməkdaşları ilə  həyata keçirdyimiz görüşlərdə kollektivdə savadlı və bacarıqlı ədliyyə qulluçularının olduğunu şahidi olduq. İnanmaq istərdik fəaliyyəti tam formalaşmayan Qarabağ regional ədliyyə idarəsi,  həmçinin Şəki regional ədliyyə idarəsiylə, o cümlədən informasiya mübadiləsinə meylli olmayan Sumqayıt regional ədliyyə idarəsiylə bundan sonrakı dövrdə  əməkdaşlıq əlaqələri qurmaqla ədliyyə-bələdiyyə münasibətlərinin tənzimləməsində  birgə sözümüzü deyəcək və yaradıcısı Ulu öndər Heydər Əliyev olan bələdiyyə sisteminin inkişafına dəstəyimizi göstərəcəyik. Bu hər bir ədliyyə qulluqçusunun həm də bir vətəndaşlıq borcudur.   

Bütün ədliyyə qulluqçularını isə bayram münasibətiylə ürəkdən təbrik edir və bələdiyyələrin fəaliyyətinə bundan sonra da var qüvvə ilə dəstək vermələrini arzu edirəm!!!  

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyələrlə bağlı bu yeniliklər olacaq - Yenilənib


Gündəlik Xəbərlər
18-10-2024
1191

Bələdiyyələrin sayı 684-ə endirilir

Gündəlik Xəbərlər
18-10-2024
750

1100 bələdiyyənin 8 milyon borcu var - PA

Gündəlik Xəbərlər
11-10-2024
677

Bələdiyyələrin birləşməsi ilə bağlı yeni QANUN

Gündəlik Xəbərlər
10-10-2024
1067

Bələdiyyələr qrant ala biləcək

Gündəlik Xəbərlər
05-10-2024
854