Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-10-2023 , 20:08

4315

Son xəbərlər

Bütün xəbərlər

Söhbət o insandan gedir ki,...

Gündəlik Xəbərlər
13-11-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

 Hümbət Hüseynov Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 45-ci sessiyasında çıış edib

Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 45-ci sessiyasında iştirak edir.

Hümbət Hüseynov sessiya çərçivəsində keçirilən Yerli Hakimiyyətlər Palatasının iclasında "Ermənistanın Yerevan şəhərində Ağsaqqallar Şurasına seçkilərin müşahidəsi haqqında hesabata" dair cıxış edərək, bir sıra vacib məsələlərə toxunub.

Hümbət Hüseynovun çıxışının mətni sizə təqdim edirik:

"Konqresin Monitorinq Komitəsi tərəfindən 17 sentyabr 2023-cü il tarixində Yerevan şəhərinin Ağsaqqallar Şurasına keçirilən seçkilərin qiymətləndirilməsi ilə əlaqədar hazırlanmış tövsiyyə layihəsini detallı analiz edəndə bir-birini təkzib edən məsələlər ortaya çıxır.

Belə ki, İzahlı memorandumun 7-ci bəndində qeyd olunur ki, 2020-ci ildə Qarabağ döyüşlərindən sonra yaranan siyasi böhrana cavab olaraq ilk dəfə 2018-ci ildə seçilən Paşinyan 2021-ci ilin iyun ayına növbədənkənar seçki təyin etdi. Onun partiyası rahat səs çoxluğu qazandı və o, baş nazir postuna təsdiqləndi.

Həmçinin həmin memorandumun 8-ci bəndində qeyd edilir ki, Ermənistandakı siyasi kontekst onilliklər boyu davam edən nisbi sabitlikdən sonra 2020-ci ilin payız münaqişəsi ilə yenidən alovlanan Qarabağdakı vəziyyətlə ciddi şəkildə formalaşıb. 2020-ci ildən bəri qəbul edilən məğlubiyyət, itkilər və ərazi itkiləri yerli səviyyədə də daxil olmaqla, Ermənistanın siyasi mənzərəsinə böyük təsir göstərmişdir.

Məsələyə dair sual yaranır ki, necə olur ki, növbədənkənar Parlament seçkilərdə Vətəndaş Müqaviləsi partiyası rahat səs çoxluğu qazanır və Paşinyan baş nazir postuna təsdiqlənir, lakin İrəvan şəhərinin Ağsaqqallar Şurasına keçirilən seçkilər və yerli seçkilər gərgin mübarizə şəraitdə keçirilir?

Eləcə də, sual yaranır ki, qeyd edilmiş “ərazi itkilər” dedikdə, hansı ərazi nəzərdə tutulur? 30 ildən çox işğal altında qalan Azərbaycan Respublikasının torpaqlardan söhbət gedirsə, maraqlıdır İrəvan şəhərinin Ağsaqqallar Şurasına seçkilərin keçirilməsinə, və yaxud keçirilməsi ilə yaranan gərginliyə digər suveren dövlətinin əraziləri nə cür narahatçılıq yarada bilər?

9-cu bəndinə nəzər salsaq, bir daha görürük ki, seçkilərin gərginliyi Qarabağ münaqişəsinə istinad edilərək, izah olunur. Artıq həll edilmiş Qarabağ münaqişəsi necə seçkilərə təsir göstərə bilər.

Bir daha həmkarların diqqətinə çatdırmaq istəyirəim ki, İşğal dövründə Ermənistan Azərbaycan torpaqlarında milli-mədəni irsi talayıb və məhv edib, şəhərləri və digər yaşayış məntəqələrini dağıdıb və bölgəyə ağır ekoloji ziyan vurub. Azərbaycan torpaqlarında yüzminlərlə minalar, partlayıcı maddələr basdırılıb. Bu kimi çoxsaylı müharibə cinayətləri törədən dövlətdə seçki prosesində demokratiklik və şəffaflığı çoxlu suallar doğurur.

Bütün sadalıqlarımla bərabər həmçinin onu da vurğulamaq istəyirəm ki, Ermənistan Respublikasının indiki Krasnoselo rayonunun Ardanış kəndində anadan olmuş, ömrünün bir hissəsini orada keçirilmiş, və sonradan doğma yurdumdan didərgin düşmüş vətəndaş kimi, məni də yerli seçkilərin nə dərəcədə demokratik keçirilməsi məsələsi narahat edir. Düşünürəm ki, vaxtı ilə mənim kimi didərgin düşmüş vətəndaşların öz yurdlarına qayıtması məsələsi həll olunandan sonra Ermənistanda seçkilərin demokratik və şəffaf keçirilməsi məsələsinə yenidən baxmaq olardı."


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər