Bələdiyyə sədri: “Vətəndaşlardan bələdiyyə büdcəsinə olan vergi borclarını ödəmələrini xahiş edirik”
“Zaqatala
rayonun Muxax bələdiyyəsi ərazisinə 17 sentyabr 2023--cü il tarixdə təbii fəlakət
baş vermişdir”- bu barədə Belediyye.infoya məlumatı adıçəkilən bələdiyyənin sədri Elvin
Yusifov bildirib.
Sədr
daha sonra bildirib ki, 8 sentyabr tarixində baş vermiş təbii fəlakətin fəsadları
aradan qaldırılmamış yenidən təbii fəlakət baş vermişdir. Güclü küləklə müşahidə
olunan yağış seli,dolu vətəndaşların evlərinə, yollara çox zərər vermişdir.
Belediyye.infoya
daxil olan məlumata görə, bələdiyyə sədrinin tapşırığı ilə komissiya yaradılmış
ərazidə yollara baxış kecirilmişdir. Yollara baxış zamanı bələdiyyə sədr özü də
iştirak etmişdir. Baxış aktı bələdiyyə üzvlərinin iclasında müzakirə edilərək vəsat
ayrılmaqla fəsadların aradan qaldırılması təmin ediləcəkdir.
Sədr Elvin Yusifov bildirib ki, məsələnin həlli istiqamətində bütün tədbirlər görüləcəkdir. Sədr bir də açıqlamasında vətəndaşlardan bələdiyyə büdcəsinə olan vergi borclarını ödəmələrini xahiş etməyi unutmayıb.
Belediyye.info