Lənkəran şəhərində bələdiyyə sədrlərinin iştirakıyla seminar-müşavirə keçirilib
Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi tərəfindən Lənkəran regional ədliyyə idarəsi ilə birgə ərazi yurisdiksiyasına aid bələdiyyə üzv və qulluqçularının iştirakı ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində seminar-müşavirə keçirilmişdir.
Tədbirdə Lənkəran regional ədliyyə idarəsinin rəisi Taleh Quliyev, idarənin və Bələdiyyələrlə İş Mərkəzinin məsul işçiləri tərəfindən çıxışlar edilərək Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan edilmiş 2023-cü il "Heydər Əliyev ili" çərçivəsində ulu öndər Heydər Əliyevin banisi olduğu yerli demokratiyanın inkişafı, bu sahədə bələdiyyələrin rolu və fəaliyyəti, həyata keçirilən tədbirlər barədə məlumat verilib, müzakirələr aparılıb.
Rəylər
0 Rəy