Bələdiyyə sədri: "Lökbatan bələdiyyəsi qəsəbədə daim şəhid və qazi ailələrinə maddi və mənəvi dəstəyini əsirgəmir"
“Lökbatan bələdiyyəsi qəsəbə ərazisində yaşayan bir qrup şəhid, müharibə iştirakçıları və imkansız qəsəbə sakinlərinin övladlarına məktəbli çantası, məktəbli formaları və digər məktəbli ləvazimatları təqdim edib” – bu barədə məlumatı Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Rasim Əhmədov bildirib.
Sədrin sözlərinə görə, Lökbatan bələdiyyəsi qəsəbədə daim şəhid və qazi ailələrinə maddi və mənəvi dəstəyini əsirgəmir.
Layihənin icrasıyla bağlı bələdiyyənin inzibati binasında şəhid vəq az ialələrinijn bir qurp üzvü görüş keçirilərək bələdiyyə tərəfindən alınan məktəbli geyim və ləvazimatları təqdim edilib.
Mütəmadi olaraq bələdiyyə iclaslarında keçirilən müzakirələrdə bu məsələni diqqət mərkəzində saxlayır və maliyyə imkanları daxilində dəstəyi göstəririk. Tədris ili başlayanadək bələdiyyə bu sosial layihəni həyata keçirəcəkdir.
Belediyye.info