Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-09-2023 , 18:44

Son xəbərlər

Bütün xəbərlər

Hümbət Hüseynovu fərqləndirən cəhətlər

Gündəlik Xəbərlər
02-12-2023

Şuşa rayonu üzrə payızlıq əkin davam edir

Gündəlik Xəbərlər
01-12-2023

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Xaçmaz Regional Ədliyyə İdarəsi tərəfindən Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon bələdiyyə üzv və qulluqçuları üçün seminar keçirilib

Regionlarda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət, habelə bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara metodoloji yardım işinin daha səmərəli təşkili məqsədi ilə 12.09.2023-cü il tarixdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən Xaçmaz Regional Ədliyyə İdarəsi ilə birlikdə idarənin imkanlarından istifadə edilməklə ərazi yurisdiksiyasına daxil olan Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonları üzrə ümumilikdə 82 bələdiyyə üzv və qulluqçuları üçün seminar keçirilmişdir.

 Seminarda Xaçmaz regional ədliyyə idarəsinin rəis müavini Qədir Paşayev, Bələdiyyələrlə iş mərkəzinin İnzibati nəzarət idarəsinin baş məsləhətçisi İsrafil Mustafayev, Bələdiyyələrlə iş Mərkəzinin məsləhətçisi Cavad Həsənov tərəfindən ““Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn məsələlər, bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı qanunvericiliyə edilmiş dəyişiklik və “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Fərmanının icrası ilə bağlı bələdiyyələrin üzərinə düşən vəzifələr irəli gələn məsələlər, bələdiyyə torpaqlarının mülkiyyətə, icarəyə və subicarəyə verilməsi, Bələdiyyələrlə iş portalının təkmilləşdirilmiş versiyasının yeni imkanları və portaldan istifadə qaydaları, ilə bağlı qanunvericiliyin tələbləri,yerli vergilərin toplanmasının artırılması üçün  görülmüş tədbirlərin nəticələri və qarşıda duran vəzifələr, yaşayış məntəqələrinin ərazilərinin sanitarıya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməsi sahəsində bələdiyyələrin vəzifələri barədə” mövzular üzrə çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmiş və seminar iştirakçılarının sualları cavablandırılmışdır.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Hümbət Hüseynovu fərqləndirən cəhətlər

Gündəlik Xəbərlər
02-12-2023

Şuşa rayonu üzrə payızlıq əkin davam edir

Gündəlik Xəbərlər
01-12-2023

Bələdiyyələr nə qədər gəlir əldə edib?

Gündəlik Xəbərlər
30-11-2023