Yasamal
bələdiyyəsində görüş keçirilib
Yasamal bələdiyyəsində yeni tədris ilinin başlanması münasibətilə şəhid, qazi və aztəminatlı ailələrin məktəbli övladları ilə görüş keçirilib. Görüşdə Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov onları təbrik edib, təhsildə müvəffəqiyyətlər arzulayaraq bildirib ki, hər il olduğu kimi bu ildə yeni tədris ilinin başlanması münasibətilə ümumilikdə 80 ailənın 120 nəfər məktəbli övladı üçün məktəbli formalarının və məktəb ləvazimatlarının alınmasına maddi yardım göstərilib. Sonda görüşdə iştirak edənlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Yasamal bələdiyyəsi
Rəylər
0 Rəy