Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-08-2023 , 10:27

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +
QHT sədri: “Oğuz bələdiyyələri tərəfindən ətraf mühitin mühafizəsinə  ümumrespublika göstəricisindən 4 dəfəyədək artıq vəsaitin ayrılması təqdirəlayiq haldır”

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin cari ilin iyul ayının birindən etibarən
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən
 “Ətraf mühitin qorunması istiqamətində bələdiyyələrin fəaliyyətinin artırılması” layihəsi çərçivəsində ilk görüşü Oğuz bələdiyyələrinin iştirakıyla baş tutub”” - bu barədə Belediyye.infoya birliyin sədri Vüqar Cəfərov məlumat verib.

Oğuz RİH-in təşkilatçılığı ilə keçirilən görüşdə Oğuz rayon İcra Hakimiyyəti Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin,  Şəki regional ədliyyə idarəsinin,  Ekologiya və Təbii ehtiyatlar Nazirliyinin  Şəki regional idarəsinin məsul vəzifəli şəxsləri, habelə Oğuz rayonunda formalaşan 15 bələdiyyənin sədri iştirak edib.

Tədbirdə “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Cəfərov mövzu ilə əlaqəli  məruzə ilə çıxış edib.

Çıxışında təşkilat sədri ətraf mühitin qorumasında bələdiyyələrin üzərinə düşən vəzifələrə toxunaraq respublikamızda ətraf mühitin qorunması istiqamətində dövlət səviyyəsində bir sıra ciddi layihələr icra edildiyini bildirib. Ötən dövr ərzində “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun hazırlanımasını, çoxsaylı  meşə zolaqlarının salınmasını, milli qoruqların təsis edilməsini,  pilot ərazilərdə məişət zibillərinin çeşidlənməsini, təkrar emal müəssisələrinin, iaşə zonalarında müxtəlif təmizləyici qurğuların yerləşdirildiyini qeyd edən V.Cəfərov ətraf mühitin qorunması istiqamətində işlərin aparılmasının dövlətlə yanaşı həm də hər bir bələdiyyənin  vətəndaşlıq borcu olduğunu xüsusiylə qeyd edib.

Layihə rəhbərinin sözlərinə görə, bu baxımdan ətraf mühitin qorunması istiqamətində bələdiyyə üzvlərinin və qulluqçuların maarifləndirilməsinə ehtiyac vardır. Bu işdə nümunəvi bələdiyyə orqanlarının da üzərinə müəyyən məsuliyyət yükü düşür. Eyni zamanda “Ətraf mühitin mühafizəsi haqqında” Qanununda ətraf mühitin mühafizəsi sahəsində yerli özünüidarəetmə orqanlarına müəyyən səlahiyyətlər verilmişdir.

Görüşdə Oğuz bələdiyyələrinin büdcə gəlirlərinə toxunan V.Cəfərov büdcə gəlirlərində ətraf mühitin mühafizəsinə Oğuz bələdiyyələrinin ay ərzində 29.4 manat xərc çəkdiklərini və bu rəqəmin ümumi respublika göstəricisindən 3.4 dəfə çox olduğunu qeyd edib. Gələcək fəaliyyətlərində maliyyə imkanları artdıqca düşünmək olar ki, bələdiyyələrin belə məsul istiqamətə vəsaiti də artmalıdır.

Görüşdə Oğuz rayon İcra Hakimiyyəti Sosil-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi Rəşad Rüstəmov, Şəki regional ədliyyə idarəsinin baş məsləhətçisi Maarif Mahmudov,  Ekologiya və Təbii ehtiyatlar Nazirliyinin  Şəki regional idarəsinin təmsilçisi Bəhruz Həbibullayev, Oğuz bələdiyyəsinin sədri Arif Cavadov  mövzu ilə bağlı öz fikir və mülahizələri bildiriblər.

Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin “Ətraf mühitin qorunması istiqamətində bələdiyyələrin fəaliyyətinin artırılması” layihəsi çərçivəsində növbəti görüşü Şəki bələdiyyələriylə olacaqdır.

Belediyye.info