Gədəbəy bələdiyyəsinin üzvləri növbəti iclasda altı məsələni müzakirə edib
Gədəbəy bələdiyyəsi növbəti iclasda altı məsələni müzakirə edib
21 avqust 2023 cü il tarixdə Gədəbəy bələdiyyə üzvlərinin iştirakı ilə növbəti iclası keçirilib. İclasda 6 məsələyə baxılmış və bələdiyyə üzvləri müzakirə olunan məsələlər barəsində öz fikirlərini bildiriblər.
İclasda çıxış edən Gədəbəy bələdiyyəsinin sədri Zülfüqar Yusifov bildirib ki, 2023-cü ilin altı ayı ərzində Gədəbəy rayonunda Ulu Öndərin yubileyi ilə əlaqədar abadlıq və yenidənqurma işləri yüksək səviyyədə davam etdirilmiş, şəhərdə yaşıllıqlar salınmışdır. “Heydər Əliyev” ili ərəfəsində Ulu Öndərin adını daşıyan parkda gül kolları və şam ağacları əkilmiş, parkın işıqlandırma sistemi yenilənmiş, parkın ərazisində yerləşən Yaşıl teatrda abadlaşdırma işləri aparılmış, Yaşıl teatr sözləri yazılmış işıqlandırma sistemi yenisi ilə əvəz edilmiş, taxta otracaqlar təzədən təmir edilmiş, rənglənmiş və parkda təmizlik işləri görülmüşdür.
Altı ay ərzində bələdiyyənin büdcə gəlirlərinə toxunan sədr bildirib ki, 2023- ci ilin 6 aylıq hesabatı dövründə yerli büdcənin gəliri 27.417 manat olub ki, bu da 6 aylıq proqnozun 79,47 % deməkdir.
İclasda Gədəbəy bələdiyyəsi tərəfindən şəhər qəbirstanlıqlarında daim təmizlik işlərinin görüldüyü qeyd edilərək, ərazinin alaq otlarından təmizləndiyi bildirilib.
İclasda bildirilib ki, Gədəbəy bələdiyyəsi bundan sonra da öz işlərini günün tələbləri səviyyəsində davam etdirəcək və öz əməlləri ilə nümunə olmağa çalışacaqdır.
Belediyye.info
Rəylər
0 Rəy