Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-06-2023 , 21:59

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Prosesə bələdiyyələr tərəfindən də dəstək göstəriləcək 

Azərbaycanda taxıl biçininə hazırlıq işləri başa çatıb.

Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, biçinə 2 minə qədər kombayn cəlb olunacaq.

Bunlardan 670-i nazirliyə məxsus “Aqroservis” ASC-nin balansında olan kombaynlardır. Səhmdar cəmiyyəti biçinlə bağlı hazırlıqları yekunlaşdırıb. Biçinə cəlb ediləcək kombaynlara texniki baxış keçirilib, nasaz vəziyyətdə olan texnikalarda təmir, sazlama işləri həyata keçirilib. Hazırlıqların ilkin mərhələsində cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi məqsədilə kombaynları idarə edəcək mexanizatorlara ödənişsiz təlimlər keçirilib. Bu il müxtəlif markalı kombaynlar üzrə ümumilikdə, 283 mexanizator təlimlərdə iştirak edib. Təlimlərdə yüksək nəticə əldə edən mexanizatorlar sertifikat ilə təmin ediliblər.

Həmçinin, biçin zamanı dislokasiya planına nəzarət edilməsi üçün kombaynlar GPS nəzarət sistemi ilə təchiz edilib. Bu innovativ nəzarət sistemi biçin zamanı operativliyin təmin edilməsi, biçin prosesinə və dislokasiya planına nəzarət edilməsi və şəffaf idarə etmə mexanizminin qurulmasına imkan yaradır.

Bu il ölkə ərazisində 1 058 398,9 hektar sahədə taxıl əkilib ki, bunun 658 383,7 hektarı buğda, 400 015,2 hektarı isə arpa sahəsidir. Taxıl biçini prosesinin idarə olunması üçün Kənd Təsərrüfatı Nazirliyində və Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) qərargahlar yaradılıb. Biçinin optimal müddətdə başa çatdırılması, məhsulun vaxtında və itkisiz yığılması üçün Nazirliyin prosesdə iştirak edən qurumlarının fəaliyyətini qərargah koordinasiya edir, taxıl biçininin gedişatını gündəlik nəzarətdə saxlayır və operativ zəruri tədbirlər həyata keçirir.

Hər il olduğu kimi bu il də kənd və qəsəbələrdə biçin prosesi növbəlilik əsasında həyata keçiriləcək. Növbəliliyin yaradılmasına icra nümayəndəlikləri və bələdiyyələr tərəfindən dəstək göstəriləcək, biçinə və növbəlilik sisteminə nəzarəti DAİM-lər həyata keçirəcək.

Hazırda respublikanın 24 rayonunda arpa biçini davam edir. Biçin prosesinə 532 kombayn cəlb olunub. Kombaynlardan 304 ədədi fiziki və hüquqi şəxslərə, 228 ədədi isə “Aqroservis”ə məxsusdur. İyunun 2-dək respublikanın 24 rayonunda 21 min hektar arpa sahəsi biçilib, sahələrdən 48 min tondan çox məhsul yığılıb.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər