Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-06-2023 , 17:52

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +
Ədliyyə naziri Qazax raynunda vətəndaşları qəbul edib

 Dövlət başçısı İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ədliyyə naziri Fikrət Məmmədov Qazax rayonunda Qazax, Ağstafa, Tovuz və digər rayonlardan olan vətəndaşları qəbul edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.Qəbulda vətəndaşların ədliyyə fəaliyyətinə dair müraciətləri diqqətlə dinlənilib, bu zaman Vətən müharibəsi iştirakçılarının qayğılarına xüsusi həssaslıqla yanaşılıb. Müraciətlərdə qaldırılan məsələlərlə bağlı aidiyyəti tapşırıqlar verilib.

Bölgə sakinləri onlara göstərilən diqqət və qayğıya, yerlərdə mütəmadi qəbulların təşkilinə görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.

Səfər çərçivəsində ədliyyə naziri həmçinin, yerli ədliyyə orqanlarının və məhkəmənin iş şəraiti ilə tanış olub, ədliyyə işçiləri və hakimlərlə görüşüb.

Görüşdə bu il 100 illiyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu və ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sistemində müasir çağırışlara uyğun aparılan mütərəqqi islahatlardan bəhs olunub.Nazir dövlət başçısının tapşırığına əsasən “Elektron məhkəmə” sisteminin tətbiqi üzrə işlərin artıq başa çatdırılaraq Gəncə və Şirvan apellyasiya məhkəmələrinin yurisdiksiyasına daxil olan məhkəmələrin, o cümlədən Qazax Rayon Məhkəməsinin qoşulması ilə e-məhkəmə sisteminin bütün ölkəni tam əhatə etdiyini vurğulayıb, bu münasibətlə Şəmkirdə yenicə Dünya Bankının iştirakı ilə yekun mərasimin keçirildiyini qeyd edib.

Qarşıda duran vəzifələrə toxunaraq, işin səmərəliliyinin artırılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verib.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

QHT Qax rayonunda növbəti görüş keçirib

Gündəlik Xəbərlər
29-06-2024

Qax bələdiyyəsində növbəti görüş

Gündəlik Xəbərlər
28-06-2024

Şəxsiyyət

Gündəlik Xəbərlər
28-06-2024

Bələdiyyə sədri həbs edildi

Gündəlik Xəbərlər
12-06-2024

Nazir rəisi işdən çıxardı

Gündəlik Xəbərlər
12-06-2024