Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-06-2023 , 10:07

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

İcra-bələdiyyə münasibətlərində Xətai təcrübəsi

Xəbər verdiymiz kimi, dünən Xətai rayonunda Uşaqların Beynəlxalq müdafiəsi günü bir hektarlıq parkın əsaslı təmirdən sonra açılışı keçirilib.  Bu gün həm yeni salınan, həm də mövcud parkların və yaşıllıq zolaqlarının sayına və ərazisinə görə, Xətai rayonunun birinci yerdə olması şübhəsizdir. Bir müddət öncə 48 hektarlıq Gənclik parkından sonra, “Heydər parkı”nın genişləndirilməsi, bu gün isə bir hektarlıq parkın sakinlərin  istifadəsinə verilməsi həqiqətən diqqəti çəkir. O da etiraf edilməlidir ki, bu işlərin görülməsində Xətai RİH-in də təşkilatçılığı göz önündədir.

Bu tədbirdə diqqəti icra başçısının bələdiyyə ilə bağlı fikirləri oldu. Xətai RİH Ağsaqqallar Şurasının sədri, professor, şəhid atası İzzət Rüstəmovun dəyərli fikirlərindən sonra söz alan icra başçısı Rafiq Quluyevin fikirlərini eşitmək mənə maraqlı gəldi. Müharibə veteranı olan Rafiq Quluyevin  görülən işə obyektiv qiymət verməsi isə diqqətimi çəkdi.

“Parkda görülən işlər Xətai bələdiyyəsinin tərəfindən həyata keçirilib. Son illər bələdiyyə işləmir deyənlərdən xahiş edərdim Xətai rayonunda bu gün açlışını etdiyimiz parka gəlsinlər. Bələdiyyənin belə bir layihənin icra etməsi həqiqətən sevindiricidir. Xətai rayonunda həyata keçirilən layihələrdə rayon bələdiyyəsinin öz yeri vardır.”-bu fikirlər icra  başçısına aiddir.

Bu gün Yasamal, Səbail və Gəncə şəhərində bu münasibətlər normal səviyyədə olsa da, açıq etiraf edim ki, son illərdə icra-bələdiyyə münasibətlərinin xüsusəndə mərkəzdən uzaqda olan rayonlarda bu münasibətin normal şəkildə olmaması hər zaman məni narahat edib. Bununla bağlı fikir və düşüncələrimi daimi olaraq ictimailəşdirməklə məsələyə öz münasibətimi bildirmişəm.

Hətta icra başçısının hərəkətlərindən bezib sədrə qarşı hörmətsizlik etdiyinə ğörə bələdiyyə sədrinin başçını məhkəməyə  verməsi, yəqin ki, hər kəsin yaddındadır.  Bu gün hər kəs, hər bir məmur və xüsusəndə siyasi rəhbərləri bələdiyyələrə  olan münasibətlərində Xətai rayonunda formalaşmış təcrübədən yararlanmağa dəvət edirəm. Hər bir siyasi rəhbər  Xətai RİH başçısı kimi hərəkət edərək, banısı Ulu öndər olan bələdiyyə sisteminin inkiaşfına, onların qarşılaşdığı problemlərin həllinə öz töhfələrini verməyə borcludur.

Vüqar Tofiqli

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə sədri həbs edildi

Gündəlik Xəbərlər
12-06-2024

Nazir rəisi işdən çıxardı

Gündəlik Xəbərlər
12-06-2024

ÜÇ SUAL ÜÇ CAVAB -soruşun cavab verək

Gündəlik Xəbərlər
05-06-2024