Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-05-2023 , 07:24

Son xəbərlər

Bütün xəbərlər

Solovyov erməni milyonçuların puluna satılıb

Gündəlik Xəbərlər
27-03-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Əmlak məsələləri Dövlət Xidməti Ağdamda  sayca dördüncü regional müşavirə keçirib

Ağdam rayon Heydər Əliyev Mərkəzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə torpaq və əmlak idarəçiliyi sahəsinə həsr edilən növbəti  zona müşavirəsi keçirilib.  Zona müşavirədə Ağdam, Bərdə, Tərtər, Goranboy, Beyləqan, Ağcabədi, Füzuli, İmişli rayonlarının və Naftalan şəhərinin yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələri iştirak ediblər.

Belediyye.info AZƏRTAC-a istinadən  xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Quzanlı qəsəbəsinin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Müşavirə Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə torpaqların və dövlət əmlakının idarə edilməsi, istifadəsi və onların mühafizəsinə nəzarət olunması, dövlət əmlakının və torpaq sahələrinin icarəyə cəlb edilməsi, bələdiyyə torpaqlarının fiziki və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı rəyvermə işləri, elektron baza xəritələrinin işlənməsi barədə məlumatlar verilib. Bildirilib ki, Ağdam, Bərdə, Tərtər, Goranboy, Beyləqan, Ağcabədi, Füzuli, İmişli rayonları və Naftalan şəhəri üzrə ümumilikdə 517.501 hektar ərazidə torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılıb.

Ötən il və bu ilin yanvar-aprel ayları ərzində qeyd edilən şəhər və rayonlarda Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər, şəhər və rayon icra hakimiyyətlərindən alınmış məlumatların təhlili göstərir ki, bəzi hallarda kənd təsərrüfatına yararlı torpaq sahələri təyinatı üzrə istifadə olunmur, qanunvericiliyin tələbləri pozulmaqla torpaqlar əkin dövriyyəsindən çıxarılır və münbit qatı korlanır. Belə ki, bu şəhər və rayonlarda 39 süni balıq gölünün yaradılması səbəbindən 110 hektara yaxın kənd təsərrüfatı torpağı əkin dövriyyəsindən çıxarılıb.

Ötən il və cari ilin 4 ayı ərzində monitorinqlər nəticəsində adıçəkilən şəhər və rayonlarda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq qanunvericiliyinin pozulması ilə bağlı 939 hal aşkar edilərək sənədləşdirilib. Həmin hallarla bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə yerli icra hakimiyyətlərinə, müvafiq orqanlara müraciətlər edilib.

Tədbirdə torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və aradan qaldırılması istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyətin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. Vurğulanıb ki, torpaqlardan istifadə edilməsi və onların mühafizəsi sahəsində qanunvericiliyə əməl olunması ilə bağlı preventiv tədbirlərin, davamlı maarifləndirmə və izahat işlərinin aparılması, bu məsələlərdə ictimaiyyətin, kütləvi informasiya vasitələrinin və bələdiyyələrin iştirakının gücləndirilməsi vacibdir.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə daha bir layihəyə yekun vurub

Gündəlik Xəbərlər
29-01-2024