Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-05-2023 , 23:39

Son xəbərlər

Bütün xəbərlər

"Məhv olmuş ömür. Narkotikə YOX de!” 

Gündəlik Xəbərlər
04-10-2023

Yasamal rayonunda Anım Günü qeyd   edilib

Gündəlik Xəbərlər
29-09-2023

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Azərbaycan parlamentinin nümayəndələri  Latviya Yerli və Regional Hakimiyyətlər İttifaqında görüş keçiriblər

Azərbaycan parlamentinin nümayəndələri Kamran Bayramov və Asim Mollazadə Latviyaya səfərləri çərçivəsində Latviya Yerli və Regional Hakimiyyətlər İttifaqının sədri Gints Kaminskis ilə görüş keçirilib.

Belediyye.info "Report"a istinadən xəbər verir ki, görüşdə iki ölkənin yerli hakimiyyət orqanları və bələdiyyələri arasında 14 əməkdaşlıq sazişinin və protokollarının mövcud olduğu və bu əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensialın mövcudluğu qeyd edilib.

Eləcə də bu sahədə əməkdaşlığın və təcrübə mübadiləsinin bundan sonra da davam etdirilməsinin zərurəti vurğulanıb.                         

Görüşdə 44 günlük  Vətən müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq layihələrinin həyata keçirildiyi, həmin ərazilərdə yeni idarəetmə sisteminin tətbiq olunduğu diqqətə çatdırılıb. Latviyanın yerli və regional hakimiyyət orqanlarının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan yaşayış məntəqələrinin idarəetmə orqanları ilə əlaqələrinin qurulması və inkişaf etdirilməsi müzakirə olunub. Milli Məclisin deputatları həmçinin Latviya Universitetinin Akademik Kitabxanasının nəzdində fəaliyyət göstərən Azərbaycan İnformasiya Mərkəzini də ziyarət ediblər. Onlar Azərbaycan İnformasiya Mərkəzinə erməni işğalının fəsadlarını, həmçinin Vətən Müharibəsində şanlı Zəfərimizi əks etdirən kitablar hədiyyə ediblər. Qeyd edək ki, bütün görüşlərdə Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanov iştirak edib.


Rəylər

0 Rəy


Rəy yaz