Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-05-2023 , 20:04

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti monitorinqlər təşkil edir

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yaydığı  məlumatda bildirilir ki, ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda keçirilən növbəti monitorinqlər zamanı havaya normadan artıq tullantı atan obyektlər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Keçirilən monitorinqlər və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən “Niel”, “Mega Palace", “Qızlar", “Qəbələ Xanlar”, “1955”, “Badi Səba”, “Şam bağı”, “Mirvari”, Sumqayıt şəhərində fəaliyyət göstərən “Xəzinə Palace” ictimai-iaşə obyektləri və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və onlar vəzifəli şəxs qismində cərimələnib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektləri və restoran sahiblərini obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etməyə, havanın çirkləndirilməsinə yol verməməyə çağırıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şirvan Bələdiyyəsində tədbir keçirildi

Gündəlik Xəbərlər
03-04-2024

Bilgəh bələdiyyəsinə yeni sədr seçilib

Gündəlik Xəbərlər
02-04-2024

Solovyov erməni milyonçuların puluna satılıb

Gündəlik Xəbərlər
27-03-2024