Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-04-2023 , 23:05

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Dövlət proq­ram­ları regionların sosial-iqtisadi inkişafını təmin edib

Dövlət proq­ram­ları regionların sosial-iqtisadi inkişafını təmin edib

Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycanda iqtisadi inkişaf isti­qa­mətində ilkin tədbirlər görülsə də bu tədbirlər müxtəlif səbəblərdən uğurlar gətirmədi. Bu inkişaf ancaq böyük tarixi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra il­kin nəticələr verməyə başladı. Sonra böyük beynəlxalq müqavilələr imzalandı ki, bunlar da bö­yük iqtisadiyyat üçün böyük imkanlar yaradırdı.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Res­pub­li­kasının Prezidenti cənab İlham Əliyev bu inkişafın böyük uğurlar gətirməsinə zəmin yaratdı.

Azərbaycan Res­pub­li­kasının Prezidenti cənab İlham Əliyev aprelin 18-də Salyan şəhərində Azər­­bay­can Televiziyasına verdiyi müsahibədə təkcə şəhərin deyil, şəhərin timsalında respublika­nın iqtisadi inkişafı konsepsiyasını da diqqətə çatdırdı.

 2014-cü ildən etibarən respublikamızda regionların sosial-iqtisadi inkişafı Dövlət proq­ram­ları həyata keçirilir ki, indi bu istiqamətdə dördüncü proqram  yerinə yetirilməkdədir. Belə proq­ram­lar müxtəlif bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmasını təmin etmiş­dir. Belə inkişaf təkcə sosial mahiyyət daşımır, həm də ölkəni gücləndirir. Bu baxımdan Salyan ra­yo­nun­da da iqtisadi inkişaf üçün əlverişli şərait yaradılmaqdadır. Respublikamızda ən uğurlu pro­yek­tlərdən biri də “ASAN xidmət” layihəsidir ki, indiyəcən 24 belə xidmət yaradılıb. Salyanda yaradılan “ASAN xidmət” 25-cidir. Belə bir xidmət ancaq Azərbaycana məxsusdur və bu, əhali tərəfindən olduqca gərəkli hesab edilir, tam səmimiyyətlə bəyənilir. Azərbaycandan nümunə kimi əxs edilən bu xidmət növü hazırda dünyanın bir neçə dövlətində tətbiq edilir. Qürurvericidir ki, “ASAN xidmət” Azərbaycanın intellektual məhsulunun bir nümunəsi hesab olunur.

Cənab İlham Əliyevin Olimpiya Komitəsinin sədri seçilməsi Azərbaycanda idmanın yeni mərhələsi oldu. Neçə-neçə Olimpiya kompleksi inşa edildi ki, bunlar da idmanın müxtəlif növ­lə­ri­nin inkişafında gərəkli oldu və gərəkli inkişafının yeni mərhələsi başladı.

Müsahibədə otuz il ərzində Ermənistanın işğal etdiyi torpaqlarda bütün tikililəri uçurduğunu, dağıtdığını, viran qoyduğunu, daşını aşıdığını diqqətə çatdıran cənab Prezident demişdir: “Artıq icra olun­muş iki layihə bütün Azərbaycan əhalisinə və bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şər­qi Zəngəzurun siması necə olacaq. Hazırda artıq iki yaşayış məntəqəsində keçmiş köçkünlər yaşayır - Ağalı və Talış kəndlərində. Bu kəndlərin timsalında bütövlükdə gələcək Qara­bağın və Şərqi Zəngəzurun simasını görürük - abad şəhərlər, kəndlər, ağıllı idarəetmə prinsip­ləri əsasında yaradılan infrastruktur”.

Ordumuz güclüdür, Azərbaycan əsgəri üçün Vətən ucalığı var. Bunlar ordu quruculuğunun mənəvi aspektlərini müəyyənləşdirir. Məhz buna görə də ölkə başçımız cənab İlham Əliyev müsa­hi­bəsində dedi: “Biz istənilən vəziyyətə hazır olmalıyıq və elə bir ordu yaratmalıyıq ki, dünya miq­yasında nümunəvi olsun və ən güclü ordulardan biri olsun. Bu gün də Azərbaycan Ordusu güc­lüdür. Biz gücümüzü döyüş meydanında göstərmişik. Biz döyüş meydanında həm Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərdik, eyni zamanda, hərbçilərimizin peşəkarlığını və hərbi potensialımızı göstərdik”.

İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərdən sonra Azərbaycan Respublika­sı­nın Prezidenti cənab İlham Əliyev Salyan şəhərində yerli televiziyaya verdiyi müsahibədə dedi: “ İşğaldan azad olunmuş ərazilərin bərpası sürətlə davam edir. Şuşa şə­hə­rində birinci yaşayış kompleksi uğurla inşa edilir. İkinci böyük yaşayış kompleksinin, yəni, bir çox evlərdən ibarət layihənin təməli yaxın zamanlarda qoyulacaq. Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşası plan üzrə gedir, Kəlbəcər və Cəbrayıl şəhərlərində isə buna hazırlıq işləri görülür. Bununla paralel olaraq məktəblər, xəstəxanalar, sosial obyektlər, məscidlər - 10-dan çox məscid yenidən tikilir və ya əsaslı şəkildə təmir edilir. Cəmi iki məscid təmir edilir. Çünki qalan məscidlərin hamısı ermənilər tərəfindən yerlə-yeksan edilmişdir”.

Ermənilik xisləti özünü social həyatın bütün sahələrində də göztərir, siyasətdə də, bəşə­ri­li­yin qorunmasına yönəldilən aksiyalarda da, milli zəmində müxtəlif miqyasda yaradılan qarşıdur­ma­larda da, bu qarşıdurmaların qızışdırılmasında da. Dünyada qəbul edilən davranış normaları dövlət olaraq Ermənistanda, millət olaarq ermənilərdə yoxdur. Bu günlərdə ağır atletika üzrə Avropa birinciliyi Ermənistanda keçirilirdi. Erməni millətçiləri Ermənistan rəsmilərinin gözləri önündə orda da böyük təxribat törətdi.  Azərbaycan Respublikasının Prezidenti müsa­hi­bə­sində bu haqda da fikir bildirib: “Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempio­na­tında Azərbaycanın Dövlət Bayrağının yandırılması erməni hökumətinin növbəti çirkin əməlidir. Bu, təsadüfən baş vermiş, hansısa bir fərdin əməli deyil. Bu, Ermənistan hökumətinin növbəti çirkin əməlidir. Bunu deməyə əsas verən bir çox səbəblər var. Birincisi, bu hadisəni törədən insanabənzər məxluq Ermənistan hakim dairələrinin yüksək səviyyəli şəxsləri ilə birbaşa təmas­dadır. İkincisi, bu məxluqa heç bir cəza verilmədi, əksinə, Ermənistanda onu qəhrəmanlaşdırırlar”.

Yarışda türk atletinin qızıl medal qazanması, qələbəni Azərbaycana həsr etməsi Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının yaşarılığının yeni bir təzahürüdür…

Azərbaycan Res­pub­li­kasının Prezidenti cənab İlham Əliyevin aprelin 18-də Salyan şəhə­rində Azər­bay­can Televiziyasına verdiyi müsahibəni təkcə Azərbaycan ictimaiyyəti deyil, ümu­mən dün­ya ictimaiyyəti maraqla qadşıladı...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Yeni nazir kimdir? - Dosye

Gündəlik Xəbərlər
27-02-2024

Yeni ədliyyə naziri təyin edildi

Gündəlik Xəbərlər
27-02-2024

Milli Qəhrəman 60 yaşını qeyd edib

Gündəlik Xəbərlər
27-02-2024

İcra hakimiyyətində KORRUPSİYA ƏMƏLİYYATI

Gündəlik Xəbərlər
23-02-2024

Şuşa rayonunda yeni iş yerləri

Gündəlik Xəbərlər
23-02-2024

Bələdiyyə sədri üçün özəl gün

Gündəlik Xəbərlər
23-02-2024