Bələdiyyələr Dövlət Vergi Xidmətindən niyə incik düşüb?
Bələdiyyələr Dövlət Vergi Xidmətindən niyə incik düşüb?
Ölkə rayonlarında poçt xidmətinin təkmilləşdirilməsi, xidmət səviyyəsinin
artırılması məqsədiylə “Azərpoct MMC” tərəfindən
ciddi islahatlara start verilib. İslahatların əsas istiqamətini rayonlar üzrə
olan poçt şöbələrinin regional sistem üzrə əvəzlənməsi təşkil edir. Bir çox
istiqamətlərdə artıq proses başlayb. Əlavə edim ki, Bərdə, Şəki və Yevlax
rayonlarında əvvəlcə ciddi ixtisarların
aparıldığı deyilir. Birləşdirmə ilə bağlı adıçəkilən rayonlarda hələ söhbət
getsə də, Quba-Xaçmaz regionunda
prosesin başa çatdığı deyilir. Quba rayonunda fəaliyyətdə olan mərkəzi
poçt rentabelli olmadığından Xaçmaz şəhərindəki poct xidmətinə birləşdirilib.
Beləliklə, poçt xidmətinin təkmilləşdirılməsi nəticə etibarıylə bələdiyyələrin
fəaliyyətinə ciddi problem yaratmağa başlayıb.
Belə ki, birləşdirmə aparıldıqdan sonra həmdə bank xidmətlərini həyata
keçirən Azərpoçt MMC-də hesabı olan bələdiyyələr üçün yeni hesabın açılması nəzərdə tutulub.
Yeni hesab isə yalnız Dövlət Vergi Xidmətinə edilən müraciətə əsasən xidmət tərəfindən
verilən “bildirişdən” sonra gerçəkləşə bilər.
Dövlət Vergi Xidməti bildirişi verməkdən imtina etməsi bələdiyyələri bu qurumdan incik salıb. Dövlət Vergi Xidmətinin
əsas tələbi isə DSMF borclarıyla bağlıdır.
Yəni, DSMF borcun ödə, bildirişini al.
Dövlət Vergi Xidmətinin bu tələbində müəyyən mənada əsas var. Lakin bildirişin verilməməsi, bələdiyyənin
maliyyə fəaliyyətini ümumiyyətlə iflic vəziyyətə salacağını da unutmaq olmaz.
Sual edirəm, bank hesabı yoxdursa vətəndaşlar
vergiləri necə və hansı formada ödəyəcəklər?
Bilən varmı.
Dövlət Vergi Xidmətinin DSMF borclarının yığılmasıyla bağlı atdığı bütün
addımları qənaətbəxş hesab edirəm. Borc varsa mütləq ödənilməlidir. Lakin bələdiyyələrin
büdcəsi vətəndaşın ödəyəcəyi vergi və rüsumlardan formalaşırsa bank hesabı
olmadığı halda büdcə necə formaşalacaq. Ən nəhayət, DSMF-yə olan borc necə bağlanacaq. Yəni bildirişlərin
verilməsi üçün DSMF borclarının tam şəkildə ödənməsi tələbi indiki halda yersiz və məntiqsiz görünür.
Nəzərə alaq ki, artıq Dövlət Vergi Xidməti bununla bağlı bələdiyyə sədrlərinə ölkədən çıxışına məhkəmə
vasitəsiylə “stop” qoyulmaqla yanaşı, bir çox hallarda çoxsaylı bələdiyyələrlə
müqavilə bağlayaraq ödənişin konket qrafiklə ödənilməsi təmin edir. Bu proses
qurum tərəfindən ciddi nəzarətdə
saxlanılır.
Qeyd edim ki, hazırda bələdiyyələrin DSMF borclarının həcmi 7 milyon manat ətrafındadır.
Yeri gəlmişkən, onu da əlavə edim
ki, DSMF borclarının həcmi 12 milyon
manatdan artıq olub. Adminstrasiyanın müvafiq sektorunun, Bələdiyyərlə iş Mərkəzinin
ciddi şəkildə fəaliyyəti, habelə Dövlət Vergi Xidmətinin vaxtında apardığı tövsiyə xarakterli görüşlərdən sonra borcun həcmi
azalmağa döğru getməkdədir. Bu məqamda nəzərə alaq ki, bələdiyyə sədrləri artıq
prosesə nəzarət etməklə mütəmadi olaraq borcun azalması istiqamətində ciddi işlər
aparır.
Quba rayonunda formalaşan 34 bələdiyyədən əldə etdiyimiz məlumata görə,
hazırda 14 bələdiyyənin 107.678 manat DSMF borcu var. Diqqəti bir məqama da çəkmək
istərdim.
Bəs Quba bələdiyyələri son bir ildə DSMF-yə cari və kohnə borcun silinməsi
ilə bağlı nə qədər vəsait ödəyib? Bələdiyyələrdən aldığımız digər məlumata görə, 01 yanvar 2022-ci ildən bu günədək
14 bələdiyyə tərəfindən 86.717 manat vəsait ödənib. Yəni bələdiyyə sədrləri tərəfindən
borcun bağlanması üçün ciddi addımların atıldığı göz önündədir.
Gəlin unutmayaq ki, bələdiyyələrin
hazırki sədrləri, əvvəlki illərdə, xüsusən də 2010-cu ilədək işləyən bələdiyyə
sədrlərinin, həm də o illərdə DSMF-də
çalışan məmurların məsuliyyətsizliyi ucbatından yaranmış borcun silinməsinə bu
gün “canı dildən” çalışırlar.
Sözsüz ki, Adminstrasiyanın müvafiq sektorunun, Ədliyyə Nazirliyinin
müvafiq qurumlarının və bir çox RİH- lərin borcun silinməsini daim diqqətdə
saxlamaları da təqdirəalyiq haldır.
Beləliklə, problem öz həllini tapmasa bələdiyyələr növbəti çətinliklə üz-üzə
qala bilər. Gəlin belə çətin bir vəziyyətdə bələdiyyələrin fəaliyyətinə dəstək
olaq və borcun silinməsinə şərait
yaradaq.
Düşünmək olar ki, Dövlət Vergi Xidmətinin əməkdaşları bu işdə humanist
addım atmaqla, həm də bələdiyyələrin fəaliyyətinə dəstək vermiş olacaqlar.
Vüqar Tofiqli
Belediyye.info
Rəylər
0 Rəy