Mingəçevir Bələdiyyəsinin 2024-cü ilin l yarımilliyi ərzindəki fəaliyyəti barədə HESABATI
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq, Mingəçevir Bələdiyyəsi 2024-cü ilin I yarımiliyindəki fəaliyyəti barədə hesabatı ictimaiyyətə təqdim edir.
2024-cü ilin 6 ayı ərzində
bələdiyyə 11 iclas keçirib. Daimi komissiyaların arayış və təklifləri ilə iclasların
gündəliyinə 110 məsələ salınıb, məsələlərlə bağlı müvafiq qərarlar verilib.
İclaslarda müzakirə olunmuş məsələlərdən 69-u icarəyə və mülkiyyətə torpaq sahələri
ayrılması ilə, 1-i şəhərdə aparılan tikinti-abadlıq işlərinə, məhəllələrdə
görülən işlərə və bir sıra başqa tədbirlərin keçirilməsinə maliyyə vəsaitinin
ayrılması ilə, 7-si maddi yardımlarla, 33-ü təşkilati və digər məsələlərlə
bağlı olub.
Hesabat dövründə bələdiyyəyə
451 ədəd ərizə və məktub daxil olub. Bunlardan 34-ü maddi yardımla, 83-ü
sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün və 92-si fərdi yaşayış evi
tikintisi üçün torpaq sahələri ayrılması ilə, 4-ü tikinti və təmir işləri,
238-i arayış və məlumatlar almaqla bağlı müraciətlər olub.
Maddi yardımla bağlı
müraciət edənlərdən 13 nəfərə pul və material yardımları edilib, digərlərinə
Qurban payı verilib. Sahibkarlıq fəaliyyəti ilə bağlı müraciət edənlərdən 31 nəfərinə
mövsümi ictimai-iaşə, ticarət xidmətləri ilə məşğul olmaq üçün icazə verilib, 18
nəfərin icarəsinə, 3 nəfərin mülkiyyətinə torpaq sahələri ayrılıb. Fərdi
yaşayış evi tikintisi üçün zəbt edilmiş torpaq sahələrinin mülkiyyətə verilməsi
barədə bələdiyyə 16 nəfər üçün qərar verib.
238 nəfər arayış və məlumatla
bağlı müraciət edib və bu müraciətlər müsbət həll olunub. Digər müraciətlərə də
“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan
Respublikasının Qanununa müvafiq olaraq, vaxtında baxılıb, vətəndaşlara əsaslandırılmış
cavablar verilib.
Hesabat dövründə bələdiyyəyə
rəsmi orqanlardan 324 ədəd sənəd və məktub daxil olub. Onlardan 81-i Mərkəzi
İcra Hakimiyyətlərindən, 64-ü yerli İcra Hakimiyyətindən, 260-ı müxtəlif idarə və təşkilatlardan göndərilib.
Məktublara qanunvericiliyin tələb etdiyi müddətdə cavablar verilib. Ədliyyə
Nazirliyinin Bərdə Regional Ədliyyə İdarəsindən, Bələdiyyələrlə İş Mərkəzindən
göndərilmiş tövsiyə, təlimat, məlumat xarakterli sənədlər, qanun və qaydalardan
çıxarışlar istifadə üçün komissiya və şöbələrə verilib.
2024-cü ilin 6 ayı ərzində bələdiyyənin gəlirləri
176390,68 manat olub. 01.01.2024-cü ilə ötən ildən 30937,53 manat xərclənməmiş vəsait qalıb.
Gəlirlər aşağıdakı mənbələrdən
formalaşıb:
-
fiziki şəxslərdən
torpaq vergisi 7973,55 manat;
-
fiziki şəxslərdən
əmlak vergisi 8806,28 manat;
-
yerli əhəmiyyətli
tikinti materialları üzrə mədən vergisi 6000 manat;
-
bələdiyyə tərəfindən
xüsusi ayrılmış torpaq sahələrində mövsümi ictimai-iaşə və digər xidmətlərə görə
ödəniş 5235 manat;
-
bələdiyyə ərazisində
mehmanxana, sanatoriya-kurort və turizim xidmətləri göstərən şəxslərdən alınan
ödəniş 1658 manat;
-
bələdiyyyə ərazisində müəyyən edilmiş yerlərdə
bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqlardan ödəniş
314 manat;
-
bələdiyyə əmlakının
satışından daxil olan gəlirlər 63200 manat
;
-
icarəyə
verilmiş torpaq sahələrindən alınan icarə haqqı 64803,85 manat;
-
icarəyə
verilmiş əmlakdan icarə haqqı 6000 manat;
-
bələdiyyənin
digər fəaliyyətindən (“Dəfn mərasimi” xidmətləri sahəsindən) gəlirlər 12400 manat olub.
Hesabat dövründə bələdiyyənin
xərcləri 146863,54 manat olub. Xərclərin istiqamətləri aşağıdakı kimidir:
-
əmək haqqı və
onunla bağlı sair ödəmələrə 87055,46 manat;
-
əmək haqqına
üstəlik (DSMF, işsizlik sığortası, icbari sığortalar) 33128,70 manat;
-
dəftərxana ləvazimatı,
cari təsərrüfat məqsədləri üçün mal və materialların alınmasına 827,85 manat;
-
nəqliyyat
xidmətləri haqqının ödənilməsinə 855 manat;
-
rabitə xidmətləri
haqqının ödənilməsinə 1093,20 manat;
-
elektrik
enerjisi haqqının ödənilməsinə 900 manat;
-
qaz sərfi
haqqının ödənilməsinə 805 manat;
-
su və
kanalizasiyadan istifadə haqqının ödənilməsinə 300 manat;
-
abadlıq və
tikinti işlərinə 1512,77 manat;
-
maddi
yardımlara 10753,74 manat;
-
bank xidmətlərinə
625,21 manat;
-
mətbuata abunə
xərclərinə797,60 manat;
-
sair xərclərə
( Bələdiyyələrin Milli Assosiasiyasına üzvlük haqqı, reyestr idarəsinə, arxiv
idarəsinə, audit yoxlamasına, bələdiyyə saytının abunə xərci, dövlət rüsumu, hərracların
təşkili mərkəzinə, mütəxəssis rəyinin alınmasına və s.) 8209,01 manat vəsait xərclənib.
2024-cü
ilin 6 ayı ərzində bələdiyyə tərəfindən müxtəlif abadlıq, yardım və digər tədbirlər
həyata keçirib:
- Novruz bayramı ərəfəsində S. Vurğun adına
mədəniyyət və istirahət parkında cari təmir işləri aparılıb.
- Ramazan bayramında oruc tutan bələdiyyə işçiləri
və KİV nümayəndələri üçün iftar süfrəsi açılıb.
- Ulu Öndər Heydər
Əliyevin anadan olmasının ildönümü və “Yaşıl dünya naminə Həmrəylik ili”
münasibətilə Bələdiyyə müxtəlif tədbirlər və ağacəkmə aksiyası keçirib.
- Qurban bayramında bələdiyyə şəhid ailələrinə,
Qarabağ müharibəsi əlillərinə və imkansız ailələrə, ümumilikdə 550 kq Qurban əti
paylayıb. Bu məqsəd üçün bələdiyyə büdcəsindən 7700 manat vəasit ayrılıb.
- Bələdiyyənin idarəçiliyində olan bütün qəbiristanlıqlarda
təmizlik işləri aparılıb, iməciliklər təşkil olunub.
- Sağ Sahil qəbiristanlığında şəhidlər Eldəniz
Əlimuxtarov və Yadigar Mənsurovun məzarüstü
abidələri təmir edilib.
- Şəhid ailələrinin yaşadıqları 20 Yanvar küçəsi,
9 saylı binanın qarşısındakı xeyir-şər mağarının təmiri üçün material yardımı
edilib.
- Şəhid anası Abbasova Mehriban Əsgər qızının
qəbirüstü abidəsi hazırlanaraq qoyulub.
- İkinci qrup Qarabağ müharibəsi əlili Heydərov
Nemət Qurban oğlunun mənzilinin təmirinə mal-material yardımı edilib.
- Bələdiyyə üzvü Qurbanova Sevinc Suryel
qızının xeyir işinə 300 manat, imkansız Süleymanov Mansur Ənvər oğluna 100
manat maddi yardım göstərilib.
- Müalicəyə ehtiyacı olan bir qrup bələdiyyə
qulluqçularına müxtəlif məbləğdə yardımlar edilib.
Hesabat
dövründə imkansız vətəndaşlara maddi yardımların verilməsi bələdiyyənin əsas fəaliyyət
istiqamətlərindən biri olub. Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin
müraciətlərinə xüsusi diqqətlə yanaşılıb. Yardımlar müxtəlif formada həyata
keçirilib. Bələdiyyə yas və dəfn mərasimlərinə, qəbirüstü abidələrin düzəldilməsinə
yardımçı olub.
Bütün
yardımlara ümumilikdə bələdiyyə büdcəsindən 10753 manat vəsait ayrılıb.
2024-cü
ilin 6 ayı ərzində bələdiyyə tərəfindən fərdi yaşayış evinin tikintisi üçün zəbt
edilmiş ərazilərdən 16 nəfərin mülkiyyətinə torpaq sahəsi verilib.
Sahibkarlıq
fəaliyyəti ilə məşğul olmaları üçün mülkiyyətlərində olan qeyri-yaşayış obyektlərinin
yerləşdiyi torpaq sahələri 3 sahibkara mülkiyyətə, 11 sahibkara icarəyə
verilib. 7 sahibkara 28,64 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının
istehsalı məqsədi ilə hərracla icarəyə ayrılıb.
Hesabat
dövründə bələdiyyə tərəfindən bir sıra tədbirlər həyata keçirilib.
Məhəllə
komitələrinin sədrləri ilə, KİV nümayəndələri ilə, QHT təmsilçiləri ilə bələdiyyədə
görüşlər keçirilib. Dövlət və milli bayramlarda bələdiyyə üzv və qulluqçuları fəal
iştirak ediblər. Bələdiyyənin Həmkarlar
təşkilatı Beynəlxalq Qadınlar günü, Novruz bayramı, Müstəqillik günü münasibəti
ilə tədbirlər təşkil edib. Təşkilat tərəfindən 14 işçiyə maddi yardımlar göstərilib,
2 işçinin yubileyi qeyd olunub.
Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə
İdarəsinin əməkdaşları tərəfindən Mingəçevir Bələdiyyəsində seminar-müşavirələr
keçirilib.
Mingəçevir Bələdiyyəsi keçən ildən “İqtisadi
inkişafı dəstəkləyən bələdiyyə sədrləri” layihəsinin üzvüdür. Layihə çərçivəsində
elan olunmuş müsabiqədə bələdiyyəmiz də fəal iştirak edib və qaliblərdən biri
olub. Layihənin işçi qrupu 6 ayda xarici ölkə nümayəndələrinin keçirdikləri təlimlərdə
iştirak ediblər.
Bələdiyyənin nümayəndəsi Humay Baxışova beynəlxalq layihə çərçivəsində yerli və Avropa bələdiyyələri arasında əməkdaşlıq, təcrübələrin öyrənilməsi, tərəflər arasında dialoqun güclənməsi məqsədi ilə Polşada keçirilmiş tədbirdə iştirak edib.
Bələdiyyənin
sədr müavini Əli Əliyev Mingəçevir şəhəri ilə qardaşlaşmış Özbəkistanın
Namanqan şəhərində keçirilən 63-cü Beynəlxalq Gül Festivalında bələdiyyəni təmsil
edib.
Mingəçevir bələdiyyəsi
Rəylər
0 Rəy