Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-02-2024 , 10:33

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bələdiyyə Hesabatları
- +

Keşlə bələdiyyəsi hesabat verdi

  2023-cü ildə Keşlə bələdiyyəsi tərəfindən görülən işlər barədə hesabat

Keşlə bələdiyyəsi sakinlərdən daxil olmuş müraciətləri, həmçinin onların istək və arzularını, təkliflərini nəzərə alaraq öz işlərini bu istiqamətdə həyata keçirir. Həmçinin qəsəbədə yaşayan şəhid ailələrinin, qazilərin, əlillərin və aztəminatlı ailələrin də müraciətləri diqqətimizdən kənarda qalmır, imkan daxilində onlara bələdiyyə tərəfindən köməklik göstərilir.

Azərbaycanın 2023-cü ildə qazandığı, imza atdığı hər bir uğur “Heydər Əliyev İli”nə töhfələrdir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə bu ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi xalqımız tərəfindən böyük rəğbət hissi ilə qarşılandı. Azərbaycan məhz dahi şəxsiyyətin yaratdığı möhkəm təməl əsasında inkişaf etdi, bu gün hər birimizin qürur mənbəyinə çevrildi. Dahi şəxsiyyət hakimiyyətinin hər iki dövründə dövlətə, xalqa xidməti ilə lider amilinin hər bir ölkənin inkişafında əsas faktor olduğunu nümayiş etdirdi.

Keşlə bələdiyyəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərman və Sərəncamlarına, yerli özünüidarəetməyə dair Qanunlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələrinə uyğun olaraq fəaliyyət göstərir.

“Heydər Əliyev İli” çərçivəsində Keşlə bələdiyyəsinin təşəbbüsü və iştirakı ilə tədbirlər keçirilmişdir. Bunları sizin nəzərinizə çatdırıram.                        

Mart ayının 11-də Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti və YAP Nizami rayon təşkilatı ilə birlikdə rayonun Mikayıl Əliyev küçəsində ağacəkmə kompaniyası keçirilmiş, eyni zamanda Keşlə bələdiyyəsinin təşəbbüsü ilə qəsəbədə olan 4 məktəbin şagirdlərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunmuşdur.

29 aprel rayon və qəsəbə məktəblilərinin “Çinar Plasa”da keçirilən şahmat turnirində qalib gələnlər mükafatlandırılmışdır.                                                                                

26 aprel Fəxri Xiyabanda akademik Zərifə Əliyevanın məzarı ziyarət edilib.     

6 may YAP Nizami rayon təşkilatının fəalları ilə birlikdə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Saray qəsəbəsində yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylı Sosial Xidmətlər Müəssisəsinə ziyarət təşkil olunub.

10 may Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət olunub.     

10 may Yeni Klinikada Bakı şəhəri Nizami rayon İH və YAP Nizami rayon təşkilatı ilə birlikdə konfrans keçirilib.                                                             

25 may Bakı şəhəri Nizami RİH, YAP Nizami rayon təşkilatının və Azərbaycan Rus İcması Nizami rayon şöbəsinin və Keşlə bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda multikulturalizm siyasəti” mövzusunda tədbir keçirilib.

25 may qəsəbədəki 201 saylı tam orta məktəbdə “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövsuzunda ziyalılarla görüş keçirilmişdir.

30 may Bakı şəhəri Nizami RİH, YAP Nizami rayon təşkilatının və 13 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin Keşlə bələdiyyəsi ilə birgə təşkilatçılığı ilə cüdo turniri keçirilib.                                 

“Heydər Əliyev İli” çərçivəsində 1 iyun Uşaqların Müdafiə günü ilə əlaqədar YAP fəalları ilə birlikdə şəhid uşaqlarına və ailələrinə bayram sovqatı aparılmışdır.

“Heydər Əliyev İli” çərçivəsində 5 iyun həmin aksiya çərçivəsində Bakı şəhəri Nizami RİH və YAP təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən “Qayğı” reabilitasiya mərkəzinə ziyarət.                 “Heydər Əliyev İli” çərçivəsində 5 iyun YAP Nizami rayon təşkilatının fəallarının 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə keçirdiyi aksiya çərçivəsində rayonda fəaliyyət göstərən Daun sindromlu şəxslərin Reabilitasiya Mərkəzi ziyarət edilib.

8 iyun Bakı şəhəri Nizami RİH, YAP-la birgə “Heydər Əliyev İli” çərçivəsində 18 iyun – “İnsan hüquqları günü”nə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan İnsan hüquqları” mövzusunda tədbir keçirilib.

12 iyun “Heydər Əliyev İli” çərçivəsində YAP Nizami rayon təşkilatı və Keşlə bələdiyyəsinin birgə təşkilatçılığı ilə 328 saylı tam orta məktəbdə qəsəbədəki 4 məktəbin şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş  şahmat turniri keçirilib və qaliblər Keşlə bələdiyyəsi tərəfindən mükafatlandırılıb.      

13 iyun Milli Qurtuluş Günü münasibətilə “ELUX” restoranında “Milli Dövlətçiliyimizin Xilaskarı” mövzusunda (rəsmi və bədii hissə) tədbir keçirilib.          

13 iyul Bakı Neft Emalı zavodunun akt zalında “Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda 14 iyul 1969 Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 54-cü ildönümünə həsr olunmuş konfrans keçirilib.    

01 avqust “Azərbaycan dili və Əlifbası Günü”nə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib.     

9 oktyabr YAP Nizami rayon təşkilatının qərargahında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Əbədiyaşar lider” mövzusunda tədbir keçirilmişdir

17 oktyabr 12 №li məktəbdə “Tarix yazan əbədiyaşar Lider – Heydər Əliyev”  mövzusunda tədbir keçirilmişdir.

6 noyabr YAP Nizami rayon təşkilatının inzibati binasında Nizami RİH, Qərbi Azərbaycan İcmasının və YAP Nizami rayon təşkilatının birgə təşkil etdiyi “Ata vəsiyyəti və inamlı zəfər! Yeni reallıqlar prizmasında Qərbi Azərbaycan həqiqətləri” mövzusunda tədbir keçirilmişdir.

7 noyabr “Çinar Plaza”da Zəfər Günü ilə bağlı rəsmi və bədii hissədən ibarət tədbir keçirilib.

11 dekabr Bakı şəhəri Nizami RİH və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Neft Emalı Zavodunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Dövlət və xalq üçün yaşanan ömür” adlı anım tədbiri keçirilib.

2023-ci il üçün bələdiyyənin illik gəlirləri 241220 manat olmuşdur: ondan torpaq vergisi 63624 manat, əmlak vergisi 167858 manat, icarə haqqı 1438 manat, dotasiya 8000 manat, digər gəlirlər 300 manat olmuşdur.   2023-ci ilin yanvar ayının 1-nə qalıq 29977 manat olmuşdur.

2023-cü ilin 12 ayı ərzində cəmi xərclər 268158 manatdır. ondan  yerli özünüidarəetmə orqanının saxlanması xərcləri 144094 manat; kommunal və kommunikasiya xidmətlərinin ödənilməsinə 3047 manat, sosial yardımlar 12574 manat: ondan sakinlərə verilən maddi yardım 3460 manat, Novruz, Ramazan, Qurban və Yeni il bayramlarında şəhid  ailələrinə,  qazilərə,  əlillərə  və imkansızlara alınan ərzaq yardımı (toyuq və sümüksüz mal əti) 9114 manat; təhsil xərcləri 1300 manat: ondan inşa yazı müsabiqəsində qalib gələn qəsəbə məktəblərinin şagirdlərinin mükafatlandırılması 450 manat, “Heydər Əliyev İli” çərçivəsində məktəblilərin Heydər Əliyev muzeyinə ekskursiyası 250 manat, “Heydər Əliyev İli” çərçivəsində məktəblilərin şahmat turnirində qalib gələnlərin mükafatlandırılması 600 manat; mədəni-kütləvi bayram tədbirlərinin təşkili, mədəniyyət, incəsənət,  informasiya, bədən tərbiyəsi və bu qəbildən olan digər fəaliyyətlə bağlı xərclər 2655 manat; abadlaşdırma 20840 manat: ondan Keşlə qəsəbəsində yerləşən 328 №-li tam orta məktəbin həyətində 2 ədəd besedkanın quraşdırılmasına 2220 manat, qəsəbədə yerləşən 1941-1945 parkında 5 ədəd skamyanın qoyulmasına 1780 manat, qəsəbədəki Şah Abbas məscidinin dam örtüyünün dəyişdirilməsinə 8030 manat, şəhid ailəsinin yaşadığı küçədə artezian quyusunun təmirinə 300 manat, N.Abdullayev, K.Əfkari, M.H.Kazımov, R.Ağayev, Yarış küçələrinin bir hissəsinin abadlaşdırılmasına 7000 manat, Vətən müharibəsi qazisinin yaşadığı evin pilləkəninə dəmir məhəccərin quraşdırılmasına 410 manat, Babək prospekti ilə K.Əfkari küçəsinin kəsişməsində Yeni il atributlarının quraşdırılmasına 900 manat, qəsəbədəki Şəhidlər Xiyabanında elektrik naqillərinin yenilənməsinə 200 manat); digər xərclər 83648 manat – ondan   QBMA üzvlük haqqı 1800 manat, bağbanlara xidmət haqqı 7920 manat, qazanxananın təmirinə 3000 manat, bank xidmətinə 6254 manat, işçilərə verilən maddi yardım 6000 manat, 1941-1945 parkında təmizlik işləri üçün süpürgə alınmasına 500 manat, Türkiyədə baş verən güclü zəlzələdən zərərçəkənlərə kömək üçün 2500 manat, 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə qadın bələdiyyə üzvlərinə mükafat 300 manat, audit yoxlama xidmət haqqı 3080 manat, görülmüş işləri təqdim etmək üçün bukletlərin hazırlanmasına 354 manat, şəhidin məzarı üstünə qoymaq üçün əklil alınmasına 476 manat, kartriclərin doldurulmasına 173 manat, ərzaq üçün paket alınmasına 301 manat, Novruz bayramı tədbirlərinə 600 manat; dəftərxana ləvazimatlarının alınmasına 1700 manat, xidməti  müqavilə ilə işləyənlərə ödənilən xidmət haqları 43451 manat, yuyucu vasitələrin alınmasına 1949 manat, Əmlak Məsələləri Dövlət Xidmətinə çıxarışların və məlumatların təqdim olunmasına görə rüsumun ödənilməsinə 790 manat, kompüter və prosessorun alınmasına 1800 manat, Azərbaycan Milli Ensiklopediyasının 11 cildinin alınmasına 700 manat.         

01.01.2024-cü ilə bank qalığı – 3039 manatdır.

İl ərzində hər bayramda 100-120 nəfər qəsəbə sakininə ərzaq yardımı verilir. Verilən ərzaqların bir hissəsini daxili imkanlarımız hesabına, digər bir hissəsini isə bələdiyyə büdcəsindən pul ayırmaqla əldə edirik. Keşlə bələdiyyəsi tərəfindən şəhid ailələrinə, qazilərə, əlillərə və aztəminatlı ailələrə Novruz, Ramazan, Qurban və Yeni il bayramlarında (cəmi 500 nəfərə) ərzaq yardımı göstərilməsi məqsədilə 9114 manat məbləğində pul vəsaiti xərclənmiş, ümumilikdə il ərzində 12570 manat məbləğində maddi yardım edilmişdir.20 Yanvar şəhidlərinin Anım günü ilə əlaqədar Şəhidlər Xiyabanına, 27 sentyabr – şəhidərin Anım günü və 8 noyabr – Zəfər günü münasibətilə Keşlə qəsəbəsindəki Şəhidlər Xiyababına əklillərin qoyulması və təbii qızılgülün alınması məqsədilə bələdiyyə büdcəsindən 1050 manat vəsait xərclənmişdir. ayında ad günü olan Vətən müharibəsi iştirakçılarına hədiyyə almaq və şirniyyat süfrəsi açılması məqsədilə bələdiyyə büdcəsindən 900 manat məbləğində vəsait xərclənmişdir.  2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Keşlə qəsəbəsində yaşayan Vətən müharibəsi qazilərini təbrik etmək və xatirə hədiyyələrini təqdim etmək üçün bələdiyyə büdcəsindən 400 manat vəsait xərclənmişdir.Keşlə qəsəbəsində N.Abdullayev, K.Əfkari,  M.H.Kazımov, R.Ağayev və Yarış küçələrində cari abadlıq işlərinin aparılması ilə əlaqədar olaraq bələdiyyə büdcəsindən ümumilikdə 7000 manat vəsait xərclənmişdir. Keşlə qəsəbəsindəki 1941-1945 parkının saxlanmasına, bağbanların xidmət haqqına, ora lazım olan təsərrüfat mallarının alınmasına ümumilikdə 10200 manat vəsait xərclənmişdir. Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanının təmizlik işlərində lazım olan təsərrüfat mallarının alınması və Şəhidlər Xiyabanında elektrik naqillərinin yenilənməsi məqsədilə bələdiyyə büdcəsindən ümumilikdə 400 manat məbləğində pul vəsaiti xərclənmişdir

2023-cü ilin fevral ayında şəhid Cəfərov Zakir Nazim oğlunun anım gününün keçirilməsi ilə əlaqədar olaraq bələdiyyə büdcəsindən 240 manat, eyni zamanda qəsəbədəki 227 saylı tam orta məktəbdə Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar “Əsrin faciəsi” mövzusuna həsr olunmuş inşa yazı müsabiqəsində qalib gələn şagirdlərə Fəxri fərmanlar və pul mükafatı verilmiş, bu məqsədlə bələdiyyə büdcəsindən 450 manat vəsait xərclənmişdir.                                                        Mart ayında qardaş Türkiyədə baş verən güclü zəlzələdən zərərçəkənlərə yardım etmək üçün bələdiyyə büdcəsindən 2500 manat məbləğində vəsait AFAD-ın müvafiq hesabına köçürülmüşdür. Heydər Əliyev Mərkəzinə qəsəbə məktəblərinin şagirdləri ilə ekskursiyanın keçirilməsinə bələdiyyə büdcəsindən 250 manat məbləğində vəsait xərclənmişdir. Həmçinin Nizami rayonundakı H.Əliyev parkında keçirilən Novruz şənliyində sazəndələrin çıxışı və xonçaların bəzədilməsi məqsədilə 600 manat vəsait xərclənmişdir.

Avqust ayında 26 yanvar 1992-ci ildə Şuşada Daşaltı kəndindəki döyüşlərdə itkin düşmüş şəhid Abbasov Məhərrəm Abbas oğlunun nəşinin gətirilib Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunması üçün qəbrin qazılmasına, mərmər daşların dəyişdirilməsinə, skamyaların, dəmir çərçivədən olan hasarın, darvazanın rənglənməsinə, gül kollarının əkilməsinə, xiyabanın ətrafının, qarşısındakı küçənin abadlaşdırılmasına və s. işlərin görülməsi üçün bələdiyyə büdcəsindən 2200 manat vəsait xərclənmişdir.                                                2023-cü ilin yanvar ayında 1 nəfər imkansız sakinə 150 manat, 2 nəfər Vətən müharibəsi iştirakçısına hər birinə 150 manat, cəmi 450 manat; fevral ayında 1 nəfər imkansıza 150 manat, şəhid anasının həyat yoldaşının vəfatı ilə əlaqədar 250 manat, cəmi 400 manat; mart ayında 1 nəfər Vətən  müharibəsi  iştirakçısına 100 manat, 1 nəfər əlilə 100 manat, 2 nəfər  imkansıza  hər  birinə 150 manat, 1 nəfər imkansıza 100 manat, 2 nəfər Vətən müharibəsi iştirakçısına hər birinə 150 manat, cəmi 900  manat; aprel ayında 2-ci qrup Vətən müharibəsi qazisinə və Vətən müharibəsi iştirakçısına hər birinə 150 manat, cəmi 300 manat; may ayında bir nəfər imkansıza 150 manat maddi yardım verilmişdir.

Iyul ayında bir nəfər 1-ci qrup əlilə 200 manat, bir nəfər imkansıza 100 manat, cəmi 300 manat; sentyabr ayında şəhid Abbasov Elvin Səxavət oğlunun ailəsinə 200 manat, çoxuşaqlı və imkansız  sakinə  200 manat,  cəmi  400 manat;  noyabr  ayında   iki  nəfər  Vətən   müharibəsi  veteranlarının  hər birinə 150 manat, bir nəfər çoxuşaqlı anaya 200 manat, bir nəfər imkansız xəstəyə 60 manat, cəmi 560 manat, ümumilikdə 3469 manat maddi yardım verilmişdir.

Hər bir idarə və təşkilat üçün qəzet və jurnallara abunə yazılışı vacibdir. Keşlə bələdiyyəsi də bu məqsədlə “Mətbuat yayım” MMC ilə müqavilə bağlayaraq onun hesabına qəzetlərə abunə yazılışı üçün ümumilikdə 1512 manat məbləğində vəsait köçürmüşdür.

2023-cü il üçün Keşlə bələdiyyəsinin fəaliyyəti barədə hesabatları və məlumatları Belediyye.info saytında yerləşdirməsi müqabilində xidmət haqqının ödənilməsi məqsədilə bələdiyyə büdcəsindən 200 manat manat məbləğində pul vəsaiti “Belediyye.info” MMC-nin Kapital Bank ASC-nin Nəsimi filialındakı bank   hesabına köçürülmüşdür.                     

2023-cü ilin noyabr ayında Azərbaycan Milli Ensiklopediyası cildlərinin alınması məqsədilə ”Pressinform” MMC ilə müqavilə bağlanılmış və müqavilənin şərtlərinə əsasən bələdiyyə büdcəsindən 700 manat məbləğində pul vəsaiti ayrılaraq “Pressinform” MMC-nin TuranBank ASC 28 May filialındakı bank hesabına köçürülmüşdür.

l ərzində müxtəlif bayramlarda 100-120 nəfər qəsəbə sakininə ərzaq yardımı verilir. Verilən ərzaqların bir hissəsini daxili imkanlarımız hesabına, digər bir hissəsini isə bələdiyyə büdcəsindən pul ayırmaqla əldə edirik. Keşlə bələdiyyəsi tərəfindən şəhid ailələrinə, qazilərə, əlillərə və aztəminatlı ailələrə Novruz, Ramazan, Qurban və Yeni il bayramlarında (cəmi 500 nəfərə) ərzaq yardımı göstərilməsi məqsədilə 9114 manat məbləğində pul vəsaiti xərclənmiş, ümumilikdə il ərzində 12570 manat məbləğində maddi yardım edilmişdir.2023-cü il ərzində 44 iclas keçirilmiş, 120 məsələ müzakirə olunmuşdur. İclaslar protokollaşdırılmış, qaydaya müvafiq şəkildə Bələdiyyələrlə İş Mərkəzinə göndərilmişdir.    Bundan başqa təhlükə yaradan, qəzalı vəziyyətdə olan ağacların kəsilməsi ilə əlaqədar olaraq tərəfimizdən qəsəbədə müxtəlif ünvanlarda yaşayan Keşlə qəsəbə sakinlərinin müraciətləri, həmçinin müxtəlif təşkilatların məktubları əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinin müsbət rəyi alındıqdan sonra bələdiyyə iclasında müzakirə edilərək müvafiq qərar qəbul edilmiş və qərar icra olunması üçün tərəfimizdən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə, Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciətlər  edilmişdir.        

2023-cq il ərzində bələdiyyəyə 517 ərizə və 143 məktub daxil olmuş, tərəfimizdən müxtəlif təşkilatlara 232 məktub göndərilmiş, 102 nəfərə arayış verilmişdir. Bütün ərizə və məktublara operativ müsbət cavab verilmişdir. 152 əsgərin məzuniyyət biletinə müvafiq qeydlər edilmişdir.  Keşlə bələdiyyəsi gələcək fəaliyyətində qəsəbə sakinlərinin arzu və istəklərini nəzərə alaraq öz işlərini bu istiqamətdə həyata keçirəcək.

Nizami rayonu  Keşlə bələdiyyəsi                                                                                                                                      

Rəylər

0 Rəy


Rəy yaz