Gəncə şəhəri Nizami Bələdiyyəsi hesabat verir
Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan
Respublikasının Qanununa və digər normativ hüquqi aktlara əsasən Gəncə şəhər Nizami Bələdiyyəsi öz gündəlik
fəaliyyətini digər Bələdiyyələr kimi yerli özünü- idarəetməni həyata keçirməklə yanaşı
işini seşicilərin arzu və təklifləri, Bələdiyyə iclaslarında qəbul edilmiş proqram və qəralara müvafiq qaydada müəyyənləşdirir və öz iş strukturunda bir qayda olaraq həyata keçirir.
Belə ki,Gəncə şəhər Nizami Bələdiyyəsi 2023-cü il ərzində gördüyü işlərlə bağlı hesabatını bir
daha gözdən keçirərək ictimayyət nümayəndələrinin müzakirəsinə təqdim edir.
Məlumat üçün bildiririk ki, Nizami Bələdiyyəsi cari il ərzində 20 iclas keçirərək ,daimi
komissiyaların təqdim etdiyi arayış və təklifləri ilə gündəliyə 691 məsələ çıxarmış və müvafiq qərarlar qəbul etmişdir.
Müzakirəyə çıxaralan məsələlərdən 67 iş mülkiyyətə torpaq sahəsinin ayrılması, 289 iş torpaq üzərində Bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna
başlanması, 62 iş torpaq sahəsinin müsabiqə yolu ilə satılmasından ötrü Gəncə Torpaq müsabiqə və hərrac Komissiyası ilə müqavilə bağlanması, 141 iş
vaxtı keçmiş vergi borclarının vətandaşlardan tutularaq Bələdiyyənin büdcəsinə ödənilməsi, 58 iş aztəminatlı ailələrə maddi yardımların verilməsi, 19 iş mədəni-kütləvi tədbirlərin keçirilməsinə
maliyyə dəstəyi ilə və Bələdiyyənin ərazi
vahidinə daxil olan yerlərdə aparılması vacib olan təmir-abadlıq, təşkilatı və sair işlərə baxılmış, eyni
zamanda müvafiq qərarlar qəbul edilmişdir.
2023-cü il ərzində Bələdiyyəyə 1025 müraciət
vətandaşlar, idarə və müəsissələr tərfindən
daxil olmuşdur ki , bunlardan
58-i maddi yardımla, 67-si torpaqların mülkiyyətə verilməsi , 285–i fərdi yaşayış evinin tikintisi üçün bələdiyyənin
mülküyyət hüququnun qeydiyyata
alınması proseduruna başlanılması, 85-i qurumuş ağacların kəsilməsi və ya budanması,
98-müraciət hərbi xidmətdə olan hərbiçilərin ailə vəziyyəti nəzərə alınmaqla qısa müddətli məzuniyyətə buraxılması və 432 sənəd isə digər idarə və təşkilatlardan daxil olmuşdur. Tərəfimizdən
ərizə və məktublara diqqət və həssaslıqla yanaşılaraq Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri ilə cavablandırılmış,yuxarı təşkilatlardan gələn tövsiyyə, təlimat və məlumat xarakterli sənədlər qanun və qaydalardan
çıxarışlar , vaxtında Bələdiyyədə fəaliyyət göstərən
komissiya və şöbələrə təqdim olunmuşdur.
Vətəndaşların müraciətləri Bələdiyyə iclaslarında baxılaraq onlardan
58 nəfərinə maddi yardım kimi pul vəsaiti ödənilmişdir.
Onlardan 37 nəfəri Şəhid ailələləri və Qarabağ Qaziləri olmaqla, 21 nəfəri az təminatlı ailələr olmuşdur.Həmçinin 67 nəfərin mülkiyyətinə torpaq sahəsinin verilməsi Bələdiyyə iclasının qərarı ilə
təmin edilmişdir ki, onlardan 2nəfəri Şəhid ailəsi, 2 nəfəri isə Qarabağ Qazisidir.
Digər illərdə olduğu
kimi 2023-cü ildə də Dövlət büdcəsindən
Bələdiyyənin idarə olunması üçün
ayrılmış 60000 manat dotasiya
daxil olmaqla, Bələdiyyənin büdcəsi digər mənbələr hesabına formalaşaraq
ümumilikdə 578 283(beş yüz yetmiş səkkiz
min iki yüz səksən üç) manat olmuşdur.
2022-ci ildən bələdiyyə büdcəsində qalan 6587.87 manat vəsait 2023-cü ilin büdcəsinə
kecirilmişdir.
İl ərzində Bələdiyyə büdcəsinə digər mənbələrdən daxil olan vəsaitlər aşağıdakılardır:
- fiziki şəxslərdən toplanan
torpaq vergisi -29.722.80 manat;
-
fiziki şəxslərdən toplanan əmlak
vergisi -194.883.60 manat;
-
Bələdiyyə ərazisində fəaliyyət göstərən
mehmanxana,sanatoriya-
kurort və turizm xidmətlərindən alınmış
ödəniş -1.647.00 manat:
-
Bələdiyyə ərazisində müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin
daimi və ya müvəqqəti parklanmasından daxil olmuş
ödənişlər- 9202.00 manat:
-
Bələdiyyə əmlakının satışından 276.239.80
manat pul vəsaiti əldə
edilərək büdcəyə ödənilmişdir.
Nizami Bələdiyyəsi 2023-cü ildə daxil olmuş yerli büdcə gəlirlərindən bir sıra ödənişlər etmişdir ki,bunun
da ümumi məbləği – 576.695.80 manat təşkil etmişdir.
İl ərzində xərclənmiş vəsaitlər bunlardır:
-
əmək haqqı və bununla bağlı digər
ödənişlərin ödənilməsinə
-213.979.00 manat
- əmək haqqından tutulmalar (DSMF,işsizlik sığortası,icbari
sığorta və sairəyə) -66188.00 manat
- dəftərxana ləvazımatları ,cari təsərrüfat məqsədləri
üçün mal- materialların alınmasına -6774.20 manat:
- nəqliyyat vasitələrinin təmirinin ödənilməsinə
-2493.00 manat:
- yanacaq xərcinin
ödənilməsinə -8200.00 manat:
- rabitə xidmətləri haqqının ödənilməsinə
-3066.00 manat:
- ezamiyyə xərclərinin ödənilməsi -
3136.00 manat:
-elektrik enerjisi haqqının ödənilməsinə-1431.00
manat:
- az təminatlı ailələrə müraciətləri əsasında maddi
yardımların
verilməsinə-17040.00 manat:
- bank xidmətlərinə -17508.70 manat:
- mətbuata abunə üçün -2489.00 manat:
-mədəni-kütləvi tədbirlərin keçirilməsinə(Ümummilli
lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar” Heydər Əliyev Gənclərin Zəngin İrs Mənbəyi” adlı elmi
konfrans,”Heydər Əliyev 100 il” adlı fləşmob,şəhid ailələri və qazilərinin övladlarına yeni il tədbiri,Şəhidlərin
ildönümlərinin keçirilməsi və sairə)-38.292.0 manat
-təmir-abadlıq işlərinə(Novruz meydanında,”Xəmsə
bağı” kompleksində, Cavadxan və Azərbaycan Bayrağı küçələrində, Şəhidlər xiyabanında,qəbirstanlıq yollarının
təmiri,İnzibati binada,Bələdiyyə ərazisindəki yolların təmiri və sairə) -126.456.10 manat:
-və sair xərclərə(Avtomobillərin texniki
baxışı,sığortası,hərrac,icarə haqqı,auditor xidməti,assosiasiya, DƏRX və sairə ödənişlər)-69.642.80 manat vəsait xərclənmişdir
Nizami Bələdiyyəsi cari
ildə ərazi vahidinə daxil olan Novruz meydanında,”Xəmsə
bağı” kompleksində, Cavadxan və Azərbaycan Bayrağı küçələrində,eyni zamanda Şəhidlər xiyabanında da abadlıq
və
yenidən qurma işləri aparmışdır.
Hazırda Azərbaycan Bayrağı küçəsində təmir bərpa işləri ilə yanaşı uşaq idman qurğuları da
quraşdırılır.Eyni zamanda parklarda qazon örtüyünün yenilənməsi,
qırılıb sıradan çıxmış suvarma sistemlərinin bərpası,istismara yararsız vəziyyətə düşmüş
tamet,aqlay örtüklərinin və bardürların dəyişdirilməsi,həmçinin oturacaqların təmir işləri Bələdiyyə tərəfindən
həyata keçirilir.
Nizami Bələdiyyəsinin prioritet məsələlərindən biri də
Şəhid ailələri və Qarabağ müharibəsi əlilləridir.
Cari il ərzində müraciət edən vətəndaşlara müxtəlif formada yardımlar olunmuş, yas və dəfn mərasimlərinin
keçirilməsində ,qəbirüstü abidələrinin qoyulmasında yaxından köməklik göstərilmişdir.Belə
ki, qazi Heydərli Qabil Fərman oğlunun qəbirüstü abidəsinin hazırlanmasıdan ötrü ailəsinə 820(səkkiz yüz iyirmi) manat, Şəhid Bədəlov Oruc Arif oğlunun ailəsinə yas mərasiminin təşkili
üçün 10832.40(on min səkkiz yüz otuz iki manat.40),Şəhid Bədəlov Oruc Arif oğlunun
qəbir üstü abidəasinin hazırlanmasıdan
ötrü ailəsinə 2020(iki min iyirmi)manat,Qarabağ Qazisi Bayramov Asif Qüdrət oğlunun qəbir üstü abidəasinin hazırlanmasıdan
ötrü ailəsinə 2020(iki min iyirmi)manat.Vətəndaş Məhərrəmova Mətanət Vaqif qızının
anasının qəbirüstü abidəsinin hazırlanması üçün ailəsinə 1900(bir min doqquz yüz)manat,Vətəndaş İmamquliyev Asif Qabil oğlunun həyat yoldaşının qəbir üstü abidəsinin hazırlanmasından
ötrü 2000(iki min) manat Bələdiyyə budcəsindən köməklik məqsədilə vəsait ayrılmışdır. Bundan əlavə Şəhid ailələri,müharibə
əlilləri və iştrakçıklarına,eyni zamanda ehtiyacı olan vətəndaşların ailələrinə
büdcə vəsaitimizdən müraciətləri əsasında pul yardımları göstərilmişdir.
Onlardan: Şəhid oğlu Əhmədov
Rəşad Sahib oğluna -100(yüz) manat, Qazi Qədimov Zaur İmran oğluna-100(yüz)
manat, Qurbanova Elmira Məclun qızına-100(yüz) manat, Laicova Aynur Nizami
qızına-100(yüz) manat, Ələkbərov Nasir Firuddin oğluna-100(yüz) manat, Qazi Abbasov Ümid Elçin oğlu-100(bir yüz)
manat, Hüseynov Şahmar
İsgəndər oğlu-300(üç
yüz) manat,Şəhid əmisi Bürcəliyev Anar Məmməd
oğluna-300(üç
yüz)manat, Vətən müharibəsi iştrakçısı Həsənov Tural Asif oğluna -100(yüz) manat, Vətən müharibəsi
iştrakçısı Mehraliyev Elvin Elçin oğluna-100(yüz) manat, Şəhid ailəsi Mehralıyeva Səadət Rəsul qızına-
200( iki yüz) manat , Həsənova Xəyalə Fizuli qızına -200(iki yüz) manat, Rəfiyeva
İlahə Yaqub qızına-200(iki yüz) manat, Əliyev Fikrət Faxrəddin oğluna-500(beş yüz)
manat, Vətən müharibəsi iştrakçısı Əhmədov
Hikmət Mehti oğluna -100(yüz) manat , Şəhid
ailəsi Əliyev Ədalət Məhərrəm oğluna
-100(yüz) manat, Vətən müharibəsi əlili Qurbanov Anar Xanlar oğluna-100(yüz)
manat, Vətən müharibəsi iştrakçısı Salahov Hüseyn Saleh oğluna-100(yüz) manat,
Vətən müharibəsi əlili Nağıyev Kənan İdtifək oğluna-100(yüz) manat, Vətən
müharibəsi əlili Əmirov Kamal Elman oğluna-100(yüz) manat, Vətən müharibəsi iştrakçısı Musayev
Elçin Fikrət oğluna-100(yüz) manat, Vətən
müharibəsi iştrakçısı Qədimov Zaur İmran
oğluna-100(yüz) manat, Əliyev Mehman Teyyub oğluna-100(yüz) manat, Rüstəmov
Vüqar Vahid oğluna-100(yüz) manat, Qəhramanova Rəsmiyyə Zirəddin qızına -50(əlli)
manat , Babayev Samir Zabir oğluna -50(əlli) manat, Məmmədov Asiman
İbrahim oğluna atasının əməliyyat
etdirilməsi üçün-1330(bir min üç yüz
otuz) manat , Şəhid atası Seyidəmirov Vüqar Mirzahid oğluna-200(iki yüz)
manat ,Qasımov Kamil Nadir oğluna-100(bir
yüz) manat, qazi Axundov Qabil Cəfər oğluna -100(yüz) manat, Əliyev Heydər
Rizvan oğluna -100(yüz) manat , Hüseynova Gülnarə Heydər qızına-200 (iki
yüz) manat, Bayramov Taleh Valeh oğluna-
200( iki yüz) manat , qazi Abdullayev Yusif Kazım oğluna -200(iki yüz) manat,
Novruzov Mansur Rafael oğluna -200(iki yüz) manat, Əliyev Fikrət Fəxrəddin
oğluna-500(beş yüz) manat, Babayeva Arifə Adil qızına -100(bir yüz) manat, Şəhid
oğlu Əhmədov Sahib Sahib oğluna -100(bir yüz) manat, Qarabağ qazisinin oğlu Əhmədov
Toğrul Rauf oğluna-200(iki yüz) manat, Layicova Gülgəz Məmməd qızına-100(bir
yüz) manat, Quliyeva Firduz Camal qızına -200(iki yüz) manat, 1-ci qrup əlil
Ramazanov Ədalət Telman oğluna-100(yüz) manat , Əliyev İlham Baxçalı oğluna
-1520(bir min beş yüz iyirmi) manat, Qarabağ müharibəsi iştrakçısı Cəfərov
Kamal Asim oğlunun atasının yas mərasiminə -500(beş yüz ) manat, Qarabağ
müharibəsi iştrakçısı Qurbanzadə Davud Çingiz oğlunun anasının yas mərasiminin
keçirilməsindən ötrü köməklik üçün- 500(beş yüz ) manat, Qarabağ müharibəsi
iştrakçısı,Bağırov Elman Elşən oğluna -100(bir yüz) manat, Qarabağ qazisinin həyat
yoldaşı Ağayeva Vüsalə Rahib qızına -200(iki yüz) manat, Hüseynov Ələddin Müzəffər
oğluna -200(iki yüz) manat , Qarabağ müharibəsi iştrakçısı Cəfərov İlqar Bəxtiyar
oğluna -100(bir yüz) manat, Şəhid atası Məmmədov Lətif Məmməcəfər
oğluna-130(bir yüz otuz) manat, Həsənova
Rahilə Hidayət qızına -300(üç yüz)
manat, Vətən müharibəsi iştrakçısı Qasımov Ramil Adil oğluna -100(bir yüz)
manat, Şəhid atası Seyidzadə Miryunis Mirbağır oğluna-300(üç yüz) manat, Vətən
müharibəsi iştrakçısı Abdullayev Sayət Nazim oğluna-100( bir yüz) manat, Vətən
müharibəsi iştrakçısı Əliyev Cəmaləddin
Sədrəddin oğluna-100(bir yüz) manat, Vətən müharibəsi Qazisi Məmmədov Vasif Əli
oğluna-100(bir yüz) manat, Bayramov Kamran Elbrus oğluna-100(bir
yüz)manat, İbrahimzadə Seymur Rafik
oğluna-100(bir yüz) manat, Musayeva Rəna İsgəndər qızına-200(iki yüz) manat və Məmmədov Hacı Mehdi oğlunun atası 1941-1945-ci
il müharibəsinin iştrakçısının qəbir üstü abidəsinin hazırlanması üçün 500(beş
yüz) manat vəsait ayrılmışdır.
Bütün görülən işlərlə yanaşı Nizami Bələdiyyəsi şəhərimizdə keçirilən
mədəni- kütləvi tədbirlərin həyata keçirilməsində də Bələdiyyə üzvləri və Bələdiyyə qulluqçuları ilə birgə fəal iştrak
ediblər.
2023-cü il ərzində
Nizami Bələdiyyəsi bir sıra mədəni-kütləvi
tədbirlərdə iştrak etməklə, bir çox tədbirlərin həyata keçirilməsinə ev
sahibliyi etmişdir.Belə ki,Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100
illiyi ilə əlaqədar” Heydər Əliyev Gənclərin Zəngin İrs Mənbəyi” adlı elmi
konfrans,”Heydər Əliyev 100 il” adlı fləşmob, Ulu öndər Heydər Əliyevin anadan
olmasının100 illiyi münasibətilə ərazidə 241 ədəd şam ,çinar və sərv ağacları əkilmişdir.
Nizami Bələdiyyəsinin təşəbbüsü və maliyyə dəstəyi ilə Ulu öndər Heydər Əliyevin
100 illik yubileyi ərəfəsində
“Mill mədəniyyət tariximiz Heydər Əliyevin
ideyalarında”adlı kitabın nəşri üçün 1000(bir min) manat, “Qalib əsgər hekayyəti”
kitabının nəşrinə isə 300(üç yüz) manat Bələdiyyə büdcəsindən maliyyə vəsait ayrılmışdır.
Nizami Bələdiyyəsinin
nümayəndələri Gender Əsaslı Komissiya tərəfindən
təşkil olunmuş “Qadın Sülh və Təhlükəsizlik
mövzusuna dərindən nəzərsalma”
adlı təlim, məişət zorakılığının qarşısının alınmasında bələdiyyənin roluna həsr
olunan təlimlər,müxtəlif ailə-məişət mövzularında keçirilən konfrans və
seminarlarda iştrak etmişdirlər.
Nizami Bələdiyyəsi tərəfindən Müzəffər Ali Baş komandan,Cənab Prezident İlham
Heydər oğlu Əliyevin sarsılmaz qətiyyəti nəticəsində 44 günlük Vətən müharibəsində əldə edilmiş tam qələbə Zəfər günü kimi 2020-ci ildən bu yana qeyd edilməklə yanaşı, Şəhidlərimizin ildönümü və 20 Yanvar anım günü tədbirləri də qeyd olunmuşdur.
Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni ilin gəlişi münasibətilə Nizami Bələdiyyəsi Şəhid və Qazi övladları üçün
bayram şənliyi təşkil edərək bələdiyyə tərəfindən hazırlanmış hədiyyələri
yeni ilin rəmzi olan Şaxta baba vasitəsi ilə uşaqlara çatdırmışdır.
Nizami Bələdiyyəsi
bundan sonra da bu kimi işləri davam
etdirməklə yanaşı,öz işini möhtərəm cənab Prezident İlham Əliyevin Sərəncam və
Fərmanlarından irəli gələn vəzifələrin
yerinə yetirilməsi istiqamətində quracaq və Siz seçicilərin köməkliyi ilə 2024-cü
ildə də yüksək nəticələrə nail olaraq,şəhərimizin sosial-iqtisadi inkişafında fəal
iştirak etməklə, öz fəaliyyətinini innovasiyalar əsasında quraraq davam etdirəcəkdir.
Gəncə şəhəri Nizami bələdiyyəsi
Rəylər
0 Rəy