Gədəbəy bələdiyyəsi 2023-cü ilin altıaylıq hesabatını ictimailəşdirib
Bu il xalqımız böyük sevinc və qururla Azərbaycan Dövlətinin qurucusu, görkəmli Siyasi və Dövlət Xadimi Ümummilli lider Heydər Əliyevin 100 illiyini qeyd edirik. Bu yubley bir tarix kimi qalacaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə əlaqədar xalqımızın böyük oğlu, Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar 2023 – cü il “ Heydər Əliyev “ ili elan etmişdir. Cənab Prezidentin bu sərəncamı xalqımızda böyük ruh yüksəkliyi yaratmış və hər bir vətəndaşımız öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır. O cümlədən Gədəbəy bələdiyyəsi tərəfindən 6 aylıq hesabatı dövründə Ulu Öndərin 100 illik yubileyi ərəfəsində xeyli abadlıq işləri görülmüşdür.
Belə ki, 2023-cü ilin 6 ayı ərzində Respublikamızın hər yerində olduğu kimi Gədəbəy rayonunda da Ulu Öndərin yubileyi ilə əlaqədar abadlıq və yenidənqurma işləri yüksək səviyyədə davam etdirilmiş, yaşıllıqlar salınmışdır.
“Heydər Əliyev” ili ərəfəsində Ulu Öndərin adını daşıyan parkda gül kolları və şam ağacları əkilmiş, parkın işıqlandırma sistemi yenilənmiş, parkın ərazisində yerləşən Yaşıl teatrda abadlaşdırma işləri aparılmış, Yaşıl teatr sözləri yazılmış işıqlandırma sistemi yenisi ilə əvəz edilmiş, taxta otracaqlar təzədən təmir edilmiş, rənglənmiş və parkda təmizlik işləri görülmüşdür.
2023- ci ilin 6 aylıq hesabat dövrü ərzində yerli büdcənin gəliri 27.417 manat olmuşdur. 6 aylıq proqnoza 79,47 % əməl olunmuşdur.
Gədəbəy bələdiyyəsinə Yerli büdcədən aşağıdakı vergilər daxil olmuşdur.
Fiziki şəxslərdən Torpaq vergisi 5338,00 manat Fiziki şəxslərdən Əmlak vergisi 13.987,00 manat Mehmanxana vergisi 305.00 manat Torpağın özgəninkiləşdirilməsindən 6.550.00 manat Bələdiyyə əmlakının icarəsindən 375,00 manat İanə 472,00 manat Səyyar ticarətdən 390,00 manat
əhalidən toplanmış vergi vəsaiti aşağıdakı qayda üzrə xərclənmişdir: Yerli özünü idarəetmə orqanının saxlanması xərcləri 9103,00 manat sosial müdafə fonduna 2468,00 manat Silahlı Qüvələr Fənduna 120,00 manat İmkansız və şəhid ailələrinə yardım 1100,00 manat Onlayn xidmətinə 587,00 manat Poçt xidməti (əmək haqqı kart) 143,00 manat ƏMDX-nə Dövlət rüsumu 500,00 manat Kadastrın hazırlanması 944,00 manat Dövlət rüsumu 500,00 manat Mal-material alınması 11719,00 manat Mal-material alınması üçün ƏDV 1840,00 manat Milli asosasiya 800,00 manat Tibbi sığorta 226,00 manat Həmkarlar 91,00 manat Komunal Xərclər 250,00 manat Türkiyə Respublikasına yardım 300,00 manat Abunə 220,00 manat Kargüzarlıq 330 ,00 manat
Hesabat dövründə Gədəbəy bələdiyyəsi bütün bayram tədbirlərində və şəhərin küçələrinin abadlaşdırılmasında yaxından iştirak etmişdir. Novruz bayramında 400 manat məbləğində, Ramazan bayramında 800 manat məbləğində, Qurban bayramında 650 manat məbləğində 33 ailəyə qurban payı verilmişdir.
Şəhərin Aydın Məmmədov, Koroğlu, Qoşqar Əhmədli və Qarabağ küçələrinin işıqlanmasına metal dirək, projektor və kabel xətti çəkilmiş, elektrik xəttinə qoşulmuş və 7108 manat bələdiyyə büdcəsindən vəsait xərclənmişdir.
Gənclər günü münasibəti ilə 200 manat məbləğində qızılgül buketi alınmış, Gənclərlə görüş keçirilmişdir.
Ofis üçün 1100 manat dəyərində Notbuk, plinter dəsti alınmışdır.
Gədəbəy Bələdiyyəsinin reklam buketinin hazırlanmasına 450 manat, Yaşıl teatr reklamının hazırlanmasına 1248 manat, Heydər Əliyev adına parkın işıqlandırma sisteminə 350 manat vəsait xərclənmişdir.
Gədəbəy bələdiyyəsi tərəfindən Qardaş Türkiyə Respublikasına zəlzələdən zərər çəkmişlərə 300 manat pul vəsaiti və geyim əşyaları göndərilmişdir.
Gədəbəy bələdiyyəsi tərəfindən müharibə iştirakçılarına və imkansız ailələrə 1100 manat məbləğində yardım edilmişdir.
Gədəbəy Bələdiyyə tərəfindən şəhər qəbirstanlıqlarında daim təmizlik işləri görülür, ərazi alaq otlarından təmizlənir.
Gədəbəy Bələdiyyəsinə 36 ərizə, təşkilatlardan isə 62 məktub daxil olmuşdur . Qəbulda olanların sayı 65 nəfər olmuşdur. Müraciət edənlərin əksəriyyəti həyətyanı torpaq sahəsi alması üçün müraciət etmişdir. 6 ay ərzində 16 ədəd protokol yazılmış və 72 ədəd müxtəlif məsələlərə baxılmışdır
Beləliklə 6 aylıq hesabata yekun vuraraq bildiririk ki, Gədəbəy bələdiyyəsi bundan sonra da öz işlərini günün tələbləri səviyyəsində davam etdirəcək və öz əməlləri ilə nümunə olmağa çalışacağıq.
Zülfiqar Yusibov
Gədəbəy bələdiyyəsinin sədri
Rəylər
0 Rəy