Hacı Əliyev: “Paytaxtın mərkəz rayonunun bələdiyyəsi olaraq məsliyyətimiz daha artıqdır”
Səbail bələdiyyəsində şəhid və qazi ailələrinin iştirakıyla
bələdiyyələrin 25 illiyinə həsr olunan ictimai dinləmə keçirilib. İctimai dinləmədə
əsasən bələdiyyənin son beş ildəki fəaliyyətində şəhid və qazi ailələrinə göstərilən
diqqətin səviyyəsi müzakirə mövzusu olub.
Görüşdə Səbail Bələdiyyəsinin
sədri Hacı Əliyev, şəhid anası Mehriban
Əmrahova, şəhid anası Gültəkin Qənbərova, şəhid atası Xanlar Qənbərov, şəhid anası İpək İsmayılova,
şəhid ailəsi Cəmilə
Hüseynova, qazi Hafiz Həmidov və Səyavuş Aslanov, bələdiyyənin
üzv və qulluqçuları, habelə “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai
birliyinin sədri, Belediyye.info saytının təsisçisi Vüqar Tofiqli iştirak edib.
Tədbiri giriş sözü ilə açan Səbail Bələdiyyəsinin sədri Hacı
Əliyev rəhbərlik etdiyi bələdiyyənin 25 il ərzində keçdiyi yola nəzər salaraq əldə
olunan uğurlara, habelə şəhid, qazi və aztəminatlı ailələrə göstərilən diqqətə
toxunub.
Sədr bildirib ki, paytaxtın mərkəzi rayonunun bələdiyyəsi olaraq məsuliyyətimiz daha
artıqdır. Ölkə başçısı cənab İlham Əliyevin bizim bələdiyyə üzvlərinə səs verməsi
məsuliyyətimizi daha da artırır. Son beş
il ərzində fəaliyyətimizdə məhz bu məsuliyyəti dərk etdiyimizdən əvvəlki illərlə
müqayisədə işimizi daha yüksək səviyyədə qurmağa çalışmışıq. Son beş il ərzində
büdcə gəlirlərimizi 2.5 dəfəyədək artıraraq bir milyon manatlıq həddi keçə
bilmişik. Artıq paytaxtda büdcə gəliri
bir milyonluq həddi keçən beş bələdiyyədən biri də Səbail bələdiyyəsidir. Üstəlik
illər üzrə bələdiyyə tərəfindən keçirilən
layihələrin həm məzmunu, həm keyfiyyəti, həm də həcmi iki dəfəyədək artıb. Cari ilin doqquz ayı ərzində
büdcə gəlirlərimizi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.4 dəfəyədək artıra
bilmişik.
Səbail bələdiyyəsində bu kateqoriyadan olan insanların rifah
halının yaxşılaşdırılması üçün mütəmadi olaraq proqramlar qəbul edilir, layihələr
icra olunur və bu istiqamətdə gerçəkləşdirilən bütün məsələlər xüsusi olaraq
diqqətdə saxlanılır.
Səbail bələdiyyəsinin son 5 illik fəaliyyətinə nəzər yetirsək
bələdiyyənin illik xərclərinin 10 faizini bu həssas məsələyə ayrıldığını aydın
görmək mümkündür. Bu gün 2020-2024-cü
illər ərzində Səbail bələdiyyəsi tərəfindən 1-ci Qarabağ müharibəsinin şəhid
olan 15 nəfərə, 2-ci Qarabağ müharibəsində
şəhid olan 11 rayon sakininə, o cümlədən 20 yanvar şəhidi Larisa Məmmədovanın xatirələrinin əbədiləşdirilməsi
üçün barelyeflər və xatirə lövhələri hazırlanaraq quraşdırılmış və ətrafları
abadlaşdırılmışdır.
Sədr bildirib ki, bu istiqamətdə görülən işləri bələdiyyənin
müqəddəs bir vəzifəsi hesab edirik.
Belə bir tədbirə dəvət edildiyinə görə təşəkkürünü bildirən
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri, Belediyye.info
saytının təsisçisi Vüqar Tofiqli ölkə bələdiyyələrinin
ötən 25 ildəki fəaliyyətinə qısa bir nəzər salaraq dövlətin bu qurumların
inkişafına maraqlı olduğunu və bu məqsədlə istər qanunvericilik baxımından, istərsə
də normativ-hüquqi sənədlərin hazırlandığı qeyd edib.
Son illərdə Azərbaycan Bələdiyyələrinin Milli
Asosiasiyasının fəaliyyətində aktivliyin hiss edilməsi, “Bələdiyyələrin onlayn
xidmət” mərkəzi tərəfindən BAMS prorqamının təkmilləşdirilməsi, habelə bu
proramın Adminstrasiyanın müvafiq sektorunun dəstəyi ilə Əmlak məsələləri Dövlət
Xidmətinin məlumat bazasına inteqrasiya edilməsi nəticə etibariylə bələdiyyə
büdcəsinin 20 faizədək artımına səbəb olub.
Hazırda bələdiyyələrin birləşdirilməsi ilə bağlı atılan
addımlarda bələdiyyə sisteminin inkişafına yönələn daha bir addım hesab edilməlidir.
Ümumi prosesdə Səbail bələdiyyəsinin xüsusi çəkisinin əvvəlki
illərlə müqayisədə xeyli artdığını qeyd edən Vüqar Tofiqli bələdiyyədə yaranmış
işgüzar mühitin bələdiyyə üzv və qulluqçularının fəaliyyətinə əlavə bir stimul verdiyinin bildirib.
Əvvəlki illərdə seçicilər arasında yaranmış neqativ fikirləri
Səbail bələdiyyəsi artıq son beş ildəki fəaliyyətiylə tamam aradan qaldıra
bilib. İnanmaq istərdik ki, Səabil bələdiyyəsi növbəti illərdə də bu uğurları
davam etdirərək daha böyük nailiyyətlərə imza atacaqdır.
Təbdirdə çıxış edən şəhid və qazi ailələri birmənalı olaraq
Səbail rayonunda bələdiyyə-icra münasibətlərinin yüksək səviyyədə qurulduğunu,
hər zaman hər iki qurumun rəsmilərinin onların daim yanında olduğunu bildiriblər.
Çıxış edənlər Səbail bələdiyyəsinin üzv və qulluqçuları mütəmadi
olaraq şəhid və qazi ailələrini ziyarət etdiklərini, onların problemləri ilə
yaxından maraqlandıqlarını, xalqımızın milli bayramlarında, anım və əlamətdar
günlərdə onlara maddi və ərzaq yardımları təqdim olunduğunu, habelə onların
müraciətlərinə əsasən evlərin təmir edildyini, habelə yaşadıqları küçələrə asfalt örtükləri çəkildiyini qeyd ediblər.
Çıxış edən şəhid və qazi ailələri Səbail Bələdiyyəsinin sədri
Hacı Əliyev başda olmaqla bələdiyyənin fəaliyyətindən razılıqlarını bildiriblər.
Bu gün rayonda şəhid və qazilərlərin istər RİH, istərsə də bələdiyyə tərəfindən
göstərilən diqqət və qayğının təcrübəsi yayıla biləcək bir səviyyədə olduğunu
bildiriblər.
Bir sözlə, Səbail bələdiyyəsi tərəfindən şəhid ailələrinin sosial müdafiəsinin yüksək səviyyədə təşkil
edilməsi istiqamətində həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter
daşımaqdadır.
İctimai dinləmə sonunda xatirə şəkli çəkilib.
Belediyye.info