Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-09-2024 , 17:42

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Mürsəl Eminov: "Ötən illərdə həqiqətən bələdiyyə tərəfindən kifayət qədər layihənin icra olunub"

“Binəqədi bələdiyyəsinin hər bir iclasında  şəhid və qazi ailələrinə göstərdiyi qayğı və diqqətlə bağlı görülmüş işlər müzakirə olunur, təklif olunan layihələr müzakirə olunur və icrasıyla bağlı qərar qəbul olunur”- bu fikriləri adıçəkilən bələdiyyənin sdəri Mürsəl Eminov bildirib.

Sədrin sözlərinə görə, Binəqədi  bələdiyyəsinin üzv və qullquçuları  mütəmadi olaraq rayon ərazisində yaşayan  şəhid  və qazi ailələrini ziyarət edir və ziyarət zamanı onların problemləri ilə maraqlanır.

Ötən illərə nəzər salsaq həqiqətən bələdiyyə tərəfindən kifayət qədər layihənin icra olunduğunu görmək olar.

Sədr Belediyye.infoya ötən dörd il ərzində görülən işlərlə bağlı bələdiyyənin yerli sosial məsələlər daimi komissiyasının tərtib etdiyi siyahısını təqdim edib.

1. 12.03.2021 – ci il tarixində “Novruz Bayramı” münasibəti ilə, Vətən müharibəsi zamanı qəhrəmancasına ən ali zirvə - şəhidlik zirvəsinə ucalan  şəhidin ailə üzvlərinə ərzaq yardımı və bayram sovqatları verilmişdir.

2. 29.06.2021 – ci il tarixində Binəqədi rayon Binəqədi Bələdiyyəsi ərazisində yaşamş İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan şəhid polkovnik-leytenant Tağıyev Ruslan Fuad oğlu, əsgər Bağırov Elçin Yunis oğlu, əsgər Şərifov Turan Vidadi oğlu, gizir Sadıqlı İbrahim Şahin oğlu, əsgər Bayramov Cavid Azər oğlunun  doğum günündə ailə üzvləri ilə görüşlər keçirilmişdir  və maddi yardım  göstərilmişdir.

3. 13.09.2021-ci  il tarixində Binəqədi rayon ərazisində yaşamış ikinci Qarabağ müharibəsində şəhid olmuş şəhidlərin övladlarına litseyli forması bələdiyyə tərəfindən alınıb verilmişdir.

4. 24.11.2021-ci  il     tarixində İkinci Qarabağ müharibəsinin şəhidi Şərifov    Turan Vidadi oğlunun adına bulağın tikintisinə maddi yardım göstərilmişdir.

5. 15.12.2021-ci  il tarixində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il  bayramı” münasibəti ilə Binəqədi rayonu Binəqədi  bələdiyyəsinin  inizibati ərazisində yaşayan şəhid ailələrinə bayram sovqatı verilmişdir.

6.10.03.2022-ci  il      tarixrində “Novruz bayramı” münasibəti ilə ikinci Qarabağ müharibəsində şəhid olan şəhid ailələrinə ərzaq yardımı və bayram sovqatları verilmişdir.

7.  25.05.2022-ci  il    tarixində 1 iyun Uşaqların  Beynəlxalq Müdafiə  günündə Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ərazisində yaşayan İkinci Qarabağ müharibəsində şəhid olmuş şəhidlərin övladlarına  bələdiyyə tərəfindən bayram hədiyyələri verilmişdir.

8. 28.06.2022-ci  il tarixində  “Müqqədəs Qurban bayramı” münasibətilə bələdiyyənin ərazisində yaşayan şəhid  və qazi ailələrinə bayram yardımı və sovqatları verilmişdir.

9. 07.09.2022-ci  il tarixində 15 sentyabr yeni dərs ilin başlanması münasibətilə Binəqədi rayonu Binəqədi bələdiyyəsinin inzibati ərazisində yaşayan  ikinci Qarabağ müharibəsində şəhid olan Tağıyev Ruslan Polad, Qasımov Abbas Rza oğlunun övladlarına  məktəbli  forması tərəfindən alınmışdır.

10. 21.09.2022-ci  il tarixində 27 sentyabr “Anım Günü” ilə əlaqədar olaraq Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində İkinci Qarabağ müharibəsində şəhid olmuş şəhidlərin ailələrinə  maddi yardım  göstərilmişdir.

11.  10.03.2023-cü il  tarixində Novruz bayramı münasibətilə Binəqədi rayonu Binəqədi  bələdiyyəsinin  inizibati ərazisində yaşayan  şəhid olmuş şəhidlərin ailələrinə  maddi yardım  göstərilmişdir.

12. 22.05.2023-cü  il  tarixində 1 iyun Uşaqların  Beynəlxalq Müdafiə  günü münasibəti ilə Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ərazisində yaşayan İkinci Qarabağ müharibəsində şəhid olmuş şəhidlərin övladlarına   bayram hədiyyələri verilmişdir.

13.  15.06.2023 – cü il tarixində “Qurban Bayramı” münasibəti ilə Binəqədi rayon Bələdiyyəsinin təşkilatçılığı ilə Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ərazisində yaşayan İkinci Qarabağ müharibəsində şəhid olmuş şəhid və qazi ailələrinə  bayram sovqatı verilmişdir.

14.  24.08.2023 - cü il            tarixində 15 sentyabr yeni dərs ilin başlanması münasibətilə Binəqədi rayonu Binəqədi bələdiyyəsinin inzibati ərazisində yaşayan  ikinci Qarabağ müharibəsində şəhid olmuş Tağıyev Ruslan Polad oğlunun 3 övladına (Tağızadə Nuray,Tağızadə Fuad,Polad Tağı) , Qasımov Abbas Rza oğlunun 2 övladına (Qasımov Əlirza,Qasımov Hüseyn), Əliyev Emil Elman oğlunun 1 övladına litseyli forması alınmışdır.

15. 19.12.2023-cü  il  tarixində “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il  bayramı” münasibəti ilə Binəqədi rayonu Binəqədi bələdiyyəsinin inzibati ərazisində yaşayan İkinci Qarabağ müharibəsində şəhid olmuş şəhidlərin ailələrinə bayram sovqatı verilmişdir.

16.  13.03.2024-cü il  tarixində Novruz bayramı münasibətilə Binəqədi rayonu Binəqədi  bələdiyyəsinin  inizibati ərazisində yaşayan  şəhid ailələrinə  maddi yardım  göstərilmişdir.

17. 14.06.2024 – cü il tarixində Qurban Bayramı” münasibəti ilə Binəqədi rayon Bələdiyyəsinin təşkilatçılığı ilə Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ərazisində yaşayan İkinci Qarabağ müharibəsində şəhid olmuş şəhid və qazi ailələrinə  bələdiyyə tərəfindən bayram sovqatı verilmişdir.

18.  27.08.2024 - cü il            tarixində15 sentyabr yeni dərs ilin başlanması münasibətilə Binəqədi rayonu Binəqədi bələdiyyəsinin inzibati ərazisində yaşayan  İkinci Qarabağ müharibəsində şəhid olan Tağıyev Ruslan Polad oğlunun 3 övladına (Tağızadə Nuray,Tağızadə Fuad,Polad Tağı) , Qasımov Abbas Rza oğlunun 2 övladına (Qasımov Əlirza,Qasımov Hüseyn) məktəbli  forması bələdiyyə tərəfindən verilmişdir.

Sədr sonda bildirib ki, Binəqədi bələdiyyəsi bundan sonra da şəhid və qazi ailələrinin qaldırdığı bütün məsələlərə diqqətlə yanşamaqla, onların həliylə bağlı daim addım atacaqdır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər