Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-09-2024 , 20:55

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Şəhidlərin xatirəsini əziz tutmaq hər bir bələdiyyə üzvünün və qulluqçusunun müqəddəs borcudur

Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə hər zaman yüksək diqqət və qayğı göstərir.  Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə,  qazilərimizə və müharibə iştirakçılarına xüsusi diqqət və qayğı dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Xəzər rayonunda da şəhid və qazi ailələrinə, müharibə iştirakçılarına xüsusi diqqət və qayğı ilə yanaşılır, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görülür.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-Prezident xanım Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq dövlət tərəfindən şəhid və qazi ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara fərdi evlərin, mənzillərin verilməsi və digər sosial-məişət qayğılarının həll istiqamətində mühüm addımlar atılır.

Dövlətimizin həyata keçirdiyi layihələrə və bu istiqamətdə atılan addımlara Buzovna bələdiyyəsi olaraq bizdə öz töhfəmizi veririk. Şəhid adlarının əbədiləşdirilməsində, xatirə lövhələrinin hazırlanmasında, həmçinin şəhid və qazi ailələrinə maddi və mənəvi dəstəyin göstərilməsində hər il  ciddi layihələr icra edilməkdədir.

Bələdiyyə iclasında təsdiqlənmiş qərara əsasən qəsəbədə olan 37  qazi və şəhid ailəsinin hər birinin ailəsi mütəmadi olaraq bələdiyyə sədrinin, üzv və qulluqçularının iştirakı ilə ziyarət edilib, ən əsası isə onların müraciətlərinə operativ baxılması təmin edilib.  Şəhid və qazi ailələrinə göstərilən qayğının sistemli şəkildə davam etdirilməsi üçün bələdiyyə iclasında xüsusi olaraq proqram təsdiq edilmiş və atılan hər bir addım məhz bu proqrama uyğun həyata keçirilməkdədir.  Sədr xüsusi olaraq qeyd edib ki, Buzovna bələdiyyəsinin qəsəbə ərazisindəki bəzi küçələrə asfalt salınmasında məhz şəhid və qazi ailələrinin təklif və tövsiyələri nəzərə alınıb.

Əlavə edim ki, həyata keçirdiyimiz bütün layihələrdə Xəzər RİH-in dəstəyini hiss edirik. Xəzər RİH-in təşəbbüsü ilə həyata keçirilən və  şəhidlərin əziz xatirəsinə həsr olunmuş  “Abidə kompleksi”nin açılışı da bu proqramda nəzərə tutulan layihələrdən idi. Bu gün monumental abidə kompleksi hər bir Buzovna sakini üçün ziyarətgah yerinə çevrilib. Proqrama uyğun olaraq mütəmadi olaraq Buzovna bələdiyyəsinin nümayəndələri tərəfindən ərazidə yaşayan 12 şəhid və 25 qazinin ailəsi  ziyarət edilərək onların hər birinin ailəsinə  bayram günlərində həm ərzaq sovqatı göndərilir, həm də maddi yardım göstərilir.

Hər il bələdiyyə büdcəsində bu istiqamətə ayrılan maliyyə vəsaitinin də həcmi artmaqdadır. Bu gün Buzovna bələdiyyəsinin əsas məqsədi büdcə gəlirlərini artırmaqla  şəhid, qazi və aztəminatlı ailələrin qardıdıqları problemlərin, təklif və tövsiyələri daha sürətlə və operativ şəkildə həllinə nail olmaqdır.

Odur ki, fürsətdən istfadə edib vergi ödəyicilərimizə də səslənirəm: vergilərinizi vaxtında ödəyin ki, sizlərin də qaldırdığınız hər bir məsələ öz həllini tez tapsın.

Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini əziz tutmaq bu gün hər bir bələdiyyə üzvünün və qulluqçusunun müqəddəs borcudur. Buzovna bələdiyyəsi olaraq bu işdə bundan sonrada öz töhfəmizi verəcəyik.

Mətləb Əliyev

Xəzər rayonu  Buzovna bələdiyyəsinin sədri

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər