Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-06-2024 , 16:03

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Sevinc Atayeva: “Əldə edilən maliyyə vəsaiti nəticə etibariylə vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldilir”

 

“Büdcə gəlirlərini artırmağa söykənən addımların atılması nəticəsində Şağan bələdiyyəsi bir xeyli irəliləyişə nail olub”- bu fikirləri Xəzər rayonu Şağan Bələdiyyəsinin sədri Sevinc Atayeva bildirib.

Ötən  ilin ilk beş ayı ilə müqayisədə büdcə gəlirlərimizin cari ildə  46 faizədək artmasına  yenilənmiş BAMS-proqramının dəstəyi var. Bununla yanaşı BAMS-ın Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasıya edilməsi büdcə vəsaitlərini artırmağa imkan verib.

Əgər ötən ilin may ayında 3.808 manat əldə edə bilmişdiksə, cari ilin may ayı ərzində bu rəqəm 5511 manat olub.

Ümumilkdə isə Şağan Bələdiyyəsinin 2023-cü il ərzində büdcə gəlirləri 6000 manatlıq dotasiya ilə birgə 48.182 manat təşkil edib. Bu isə ötən illərdə əldə edilən vəsaitdən yüz faiz çox deməkdir. Cari ildə isə bu rəqəmi   30 faizədək artırmaq niyyətimiz var.

Hər halda əldə edilən maliyyə vəsaiti nəticə etibariylə vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldilir

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər