Nigar Məmmədova: “Fəaliyyətimizi əsasən vətəndaş müraciətləri əsasında qururuq”
“Vətəndaşların
müraciətinə əsasən Binəqədi rayonu Xocasən qəsəbəsi Çingizxan küçəsi ilə
F.Ağazadə küçəsinin kəsişməsindəki mövcud açıq kanalda bələdiyyə tərəfindən təmizlənmə
işləri aparılmışdir” – bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri
Nigar Məmmədova deyib. Sədrin sözlərinə görə, artıq kanalın ətrafındakı tullantılar ərazidən
daşınmışdır.
Hazırda
isə Binəqədi Rayon İcra Hakimiyyətinin, Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi
üzrə nümayəndəliyin təşkilatçılığı və Xocasən Bələdiyyəsinin iştirakıyla Binəqədi
Rayonu Sukanal İdarəsinin əməkdaşları tərəfindən sozügedən kanalda yeni
borularla kanalizasiya xətti çəkilir.
Sədr bildirib ki, Xocasən bələdiyyəsi fəaliyyətinin əsasən vətəndaş müraciətləri əsasında qurur. Bütün müraciətlər bələdiyyə iclasında müzakirəyə çıxarılaraq həlliylə bağlı müvafiq qərarlar qəbul edilir.
Belediyye.info
B