Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-06-2024 , 15:57

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

“Heydər bağı-park-bulvarda” 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib

“1 İyun  “Uşaqların Beynəlxalq Müdafiə Günü ”hər il Nizami rayonunda yüksək səviyyədə qeyd olunur. Tədbirlər sırasına Niazmi bələdiyyəsi də öz töhfəsini hər daim verir”- bu fikirləri Belediyye.infoya Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev deyib.

Sədrin sözlərinə görə, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətiylə “Heydər bağı-park-bulvarda” “Məlhəm” Beynəlxalq Hoshital”ın iştiraklıyla   müsiqili-əyləncəli proqram təşkil edilib.

Tədbirdə uşaq haqlarından bəhs edən səhnəciklər, şeirlər səsləndirilib, mahnılar ifa edilib, rəqslər təqdim edilib. 

Sədr bildirib ki, uşaqlara diqqət və qayğı Ulu öndərimiz Heydər Əliyev tərəfindən həmişə yüksək səviyyədə həyata keçirilmiş və bu gün möhtərəm cənab Prezidentimiz İlham Əliyev onu uğurla davam etdirilir. Həyata keçirilən layihələrə Nizami bələdiyyəsi də öz töhfəsini verməkdədir.

Belediyye.info