Yasamal rayonunda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirildi
Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirildi.Tədbirdə çıxış edən Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov Yasamal rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənovun və öz adından “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə uşaqları təbrik etdi və onlara göstərilən diqqət və qayğıdan danışdı.Tədbirdə iştirak edən Bakı Şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov göstərilən diqqət və qayğıya görə Yasamal rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənova və Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədova öz minnətdarlığını bildirdi. Sonra İncəsənət Gimnaziyasında təhsil alan istedadlı uşaqların ifasında konsert proqramları və rəqslər nümayiş etdirildi.
Tədbirin sonunda İncəsənət Gimnaziyasında keçirilən 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirin təşkil olunmasında göstərdikləri dəstəyə görə Gimnaziyanın müəllimləri Yasamal Bələdiyyəsinin və Bakı Şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun Fəxri Fərmanları ilə təltif olunmuşlar.