Bələdiyyə sədri: “Vergi xidmətinin qarşısına qoyulan əsas vəzifə DSMF borcunun bağlanılmasıdır”
Yeni Suraxanı bələdiyyəsində "Bələdiyyələrin
fəaliyyətinin təbliği" İctimai birliyinin sədri Vüqar Tofiqlinin
iştirakıyla görüş keçirilib. Bələdiyyə sədri Fuad Rəhimovun, bələdiyyənin vergi xidmətinin rəhbəri Mehdi
Təhməzovun və bələdiyyənin BAMS proqramı üzrə aparıcı məsləhətçisi Elşən Atakişiyevin iştirakıyla keçirilən görüşdə bələdiyyənin fəaliyyətindən, BAMS-ın ƏMDX-
nin məlumat sisteminə inteqrasiya olmasının bələdiyyə büdcəsinə müsbət təsirindən,
habelə bələdiyyənin fəaliyyətində üzləşdikləri problemlərdən danışaraq, bələdiyyənin
hazırda qəsəbədə nüfuzunun artması üçün atılan addımlardan danışıldı.
Mart ayından
fəaliyyətə başladığını qeyd edən sədr az vaxt ərzində həyata keçirilən layihələrə toxunaraq, ilk növbədə bələdiyyənin
DSMF borcunun bağlanılması istiqamətində addımlar atıldığını və bununla bağlı
kollektivdə bütün qüvvələrin səfərbər edildiyini bildirib. Vergi xidmətinin
qarşısına qoyulan əsas vəzifə mövcud DSMF borcunun bağlanılmasıdır. Bunun üçün kollektivdə artıq sağlam mühit yaradılır.
Sədr
bildirib ki, BAMS -in ƏMDX- nin məlumat sisteminə inteqrasiya səbəbindən ötən
ilin müvafiq dövrü ilə müqayisədə bələdiyyə büdcəsinə 2000 manatdan artıq maliyyə vəsaiti daxil olub.
İri həcmli
borcu olan vətəndaşlarla maarifləndirici söhbətlərin aparıldğını qeyd edən sədr
cari ildə üç nəfər barəsində tərtib edilmiş akt icra və probasiya şöbəsinə göndərilmişdir.
Bu istiqamətdən əldə ediləcək vəsaitin həcmi 1000 manatı keçir.
Bələdiyyə
qulluqçuları bu günədək xəritənin verilməməsinin bələdiyyəyə yaratdığı problemlərdən, vergi ödəyicilərinin
bəzi hallarda vergiləri ödəməyə maraqlı olmamalarından danışıblar.
Görüşdə
sənədsiz mənzil probleminin həll edilməsinin, toprağın təyinatının dəyişdirilməsinin
prosedur qaydalarının sadələşdirilməsinin
vacibliyi vurğulanmış, bununla yanaşı
ünvan dəqiqliyi məsələsinin tezliklə həll edilməsinin bələdiyyənin problemlərinin
həllinə yönələn addım kimi qiymətləndirilib.
Görüşdə
BAMS proqramında qeydiyyata alınan vergi ödəyicilərinin sayının 3918 nəfər olduğu qeyd edilmiş və daha 2000 nəfər
yaxın vergi ödəyicisinin qeydiyyata alınacağı bildirilmişdir. Vergi ödəyicilərinin
qeydiyyatında müəyən təkrarçılıq hallarının olması vergi xidmətinin fəaliyyətinə
müəyyən problemlər yaratsa da bu istiqamətdə
ciddi işlərin həyata keçirildiyi bildirildi.
Görüşdə
Vüqar Tofiqli qaldırılan məsələlərə dair öz fikir və mülahizələrini görüş iştirakçıları
ilə bölüşüb.
Belediyye.info