Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-05-2024 , 20:43

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Sabunçu bələdiyyəsinin  sədri: “Qəbirstanlıqlarda təmizlik işləri ənənəvi olaraq davam etdiriləcəkdir”

“Sabunçu qəsəbəsində  yaz-yay mövsümi ilə əlaqədar olaraq qəsəbə ərazisində mövcud olan qəbiristanlıqlarda abadlıq-təmizlik işlərinə start verilib” -bu barədə məlumatı adıçəkilən bələdiyyənin sədri Əlfəddin Həsənov bildirib. 

Bir çox hallarda bələdiyyə kollektivinin, ictimaiyyət nümayəndələrinin, yerli sakinlərin iştirakı ilə qəbiristanlıqlarda abadlıq və təmizlik işləri çərçivəsində iməciliklər təşkil edilir. 

Qəsəbə ərazisində 21 hektarlıq ərazidə salınan xristian qəbirstanlığında subvensiya layihəsi çərçivəsində  ərazi hasara alınmış, ara yolların bir qisminə asfalt salınmış, digər bir qisminə isə çınqıl tökülərək yayılmışdır. Qəbirstanlıqların ərazisində əmələ gəlmiş alaq otları biçilmiş, habelə bərk və məişət tullantılarının toplanması, ərazidən daşınması, xristian xalqlarına məxsus qəbirlərdə tolerantlıq ənənələrinə sadiq olaraq baxımsız qalmış qəbirlərin ətraflarının təmizlənməsi həyata keçirilmişdir. 

Həmçinin zibil konteylerə qoyulmuşdur. 

Qəbirstanlığa həmçinin  giriş qapıları qoyulmuşdur. Bununla yanaşı ərazidə məzar daşı sexi üçün bina inşa edilərək istifadəyə verilmişdir.  Artıq  məzar daşı sexınin fəaliyyəti nəticəsində  bələdiyyə büdcəsinə maliyyə vəsaiti daxil olmaqdadır.

Sədr sonda bildirib ki, görülən işlərə əlavə olaraq əraziyə su xətti çəkilmiş, ərazinin 24 saatlıq mühaifzəsi üçün kamera sistemi quraşdırılmışdır. 

Qeyd edək ki, təmizlik işləri ənənəvi olaraq davam etdiriləcəkdir.

Belediyye.info