Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-05-2024 , 21:03

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Binə bələdiyyəsinin təşkilatçılığı ilə futbol turniri keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Binə Bələdiyyəsinin təşkilatçılığı ilə rayonun idarə və müəssisələrinin yeniyetmələrdən ibarət  komandaları arasında təşkil olunmuş futbol turniri başa çatıb.

Turnirdə altı komanda iki qrup üzrə yarışlarda iştirak edib. “EFA”, “Zəfər”, “Binə”,  “Zirə”, “Trabzonspor Azərbaycan” , və “Talant” komandları birincilik  uğrunda müabirzə aparıblar. Gərgin oyun şəraitində  keçən turnurdə “EFA” komandası birinci, “Binə” komandası ikinci, “Zirə” komandaı isə üçüncü  yeri tutub.

Təqdimatda dövlət himni səsləndirilib, sonra Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Xəzər rayonu Binə bələdiyyəsinin sədri Habil Həmidov çıxış edərək qalib komandaları təbrik edib. O bildirib ki, Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Heydər Əliyev idmanın, bədən tərbiyəsinin inkişafını hər bir sivilizasiyalı xalqın ali ideallarının təcəssümü olmaqla yanaşı, həm də dövlətin beynəlxalq nüfuz və mövqelərinin təntənəsi kimi qiymətləndirirdi.

Sədr bildirib ki, Prezident İlham Əliyevin ölkəmizin kompleks inkişafına xidmət edən siyasi xəttinin konturları həm də idman infrastrukturunun möhkəmlənməsi, genişlənməsi, yenilənməsi və idmanımzın inkişafına xidmət edən digər tədbirlərlə müşayiət olunur”.

Qaliblərə Binə bələdiyyəsinin tərəfindən diplom və mükafatlar təqdim olunub.

Beeldiyye.info