Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-04-2024 , 09:50

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

M.Ə.Rəsulzadə qəsəbəsində ağacəkmə aksiyası keçirilib

Binəqədi Rayon İcra Hakimiyyətinin və M.Ə.Rəsulzadə Bələdiyyəsinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib. Bu barədə məlumatı Binəqədi RİH yayıb.

Məlumatda qeyd  olunur ki, aksiya çərçivəsində Binəqədi rayonu, “Ramiz Aboyev” adına mədəniyyət və istirahət parkında yerli iqlimə uyğun 200 ədəd həmişəyaşıl ağac əkilib. Ağacəkmə aksiyasında yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib və iməclik işləri görülüb.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Sevinc Süleymanova, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, RİH başçısı aparatının Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin müdiri Rauf Həsənov, RİH başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zaur Qafarov və rayon ərazisində fəaliyyət göstərən digər qurumların məsul əməkdaşları iştirak ediblər.

Belediyye.info