Şağan Bələdiyyəsi növbəti layihəyə yekun vurub
“Xəzər rayonu Şağan bələdiyyəsi tərəfindən 44 günlük II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan, qürur mənbəyimiz olan şəhidlərimizin dəfn olunduqları ərazidə abadlıq işlərini Novruz bayramı ərəfəsində baş çatdıra bildik”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Sevinc Atayeva bildirib.
Sədr Belediyye.infoya açıqlamasında bildirib ki, vətəndaş məmnunluğunun təmin edilməsi hazırda bələdiyyənin qarşısında dayanan əsas məsələdir.
Odur ki, sakinlərin müraciətləri bələdiyyə iclasında hər daim ciddi şəkildə müzakirə edilməkdədir. İlin əvvəlində isə bələdiyyə iclasında qəbul edilmiş qərara əsasən “Qərib pir” ziyarətgahında olan səhid abidələrinin qarşı hissəsində gediş-gəlişin rahatlığı naminə meydança yaradılmış, əraziyə asfalt vurulması başa çatdırlmış, meydançanın ətraf ərazidən ayrılması məqsədi ilə kənarlarına səki daşları da düzülmüşdür. Yekunda isə ətrafda çoxsaylı sərv ağacı əkilərək aqrotexniki xidmət göstərilməkdədir.
Şəhid abidələrinin qarşısındakı meydançada bundan sonra bir sıra abadlıq işləri yerinə yetirilmişdir.
Sədr bildirib ki, cari ildə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində bir sıra layihələrin icrası da maliyyə imkanları daxilində nəzərdə tutulmuşdur.
Belediyye.info