Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-02-2024 , 10:46

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Müharibə veteranı olan bələdiyyə sədri dünyasnı dəyişib

Sabunçu rayonu Bilgəh bələdiyyəsinin sədri Təyyar İbadov 62 yaşında  dünyasını dəyişib.  Bacarığı və  işgüzarlığı ilə seçilən Təyyar İbadov Bilgəh bələdiyyəsinin formalaşmasında və inkişafında danılmaz xidmətləri olub.

Qeyd edək ki, Sabunçu rayon Bilgəh bələdiyyəsinin sədri İbadov Təyyar Məmi oğlu 02 yanvar 1962-cı il Biləsuvar rayonunun Səmədabad qəsəbəsində anadan olub.

1983-1987 ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif şöbəsinin əyani fakultəsini bitirib.

1987-2014-kimi Bilgəh kardioloji Sanatoriyasında Mədəni-kütləvi işlər üzrə baş həkimin müavini vəzifəsində işləyib.

1992-1996-cı ilə kimi Birinci Qarabağ müharibəsində iştirak edib. Qarabağ müharibəsi veteranı idi.

2014 və 2019-cu illərdə bələdiyyə seçkilərinə qatılaraq bələdiyyə üzvü və 01 avqust 2015-ci ildən Sabunçu rayonu Bilgəh bələdiyyəsinnin sədri vəzifəsində işləyirdi.

Belediyye.info  olaraq İbadovlar ailəsinə və Bilgəh bələdiyyəsinin kollektivinə başsağlığı veririk.

ALLAH RƏHMƏT ELƏSİN!!!

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər