Müharibə veteranı olan bələdiyyə sədri dünyasnı dəyişib
Sabunçu
rayonu Bilgəh bələdiyyəsinin sədri Təyyar İbadov 62 yaşında dünyasını dəyişib. Bacarığı və işgüzarlığı ilə seçilən Təyyar İbadov Bilgəh bələdiyyəsinin
formalaşmasında və inkişafında danılmaz xidmətləri olub.
Qeyd edək
ki, Sabunçu rayon Bilgəh bələdiyyəsinin sədri İbadov Təyyar Məmi oğlu 02 yanvar
1962-cı il Biləsuvar rayonunun Səmədabad qəsəbəsində anadan olub.
1983-1987
ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif
şöbəsinin əyani fakultəsini bitirib.
1987-2014-kimi Bilgəh kardioloji Sanatoriyasında Mədəni-kütləvi işlər üzrə baş
həkimin müavini vəzifəsində işləyib.
1992-1996-cı
ilə kimi Birinci Qarabağ müharibəsində iştirak edib. Qarabağ müharibəsi
veteranı idi.
2014 və 2019-cu illərdə bələdiyyə seçkilərinə qatılaraq bələdiyyə
üzvü və 01 avqust 2015-ci ildən Sabunçu rayonu Bilgəh bələdiyyəsinnin sədri vəzifəsində
işləyirdi.
Belediyye.info olaraq İbadovlar ailəsinə
və Bilgəh bələdiyyəsinin kollektivinə başsağlığı veririk.
ALLAH
RƏHMƏT ELƏSİN!!!
Rəylər
0 Rəy