Bələdiyyə sədri: “Şağan bələdiyyəsi sakinlərin müraciətlərini daim diqqətdə saxlayır”
“Xəzər rayonu Şağan bələdiyyəsi tərəfindən 44
günlük II Qarabağ müharibəsində şəhidlik
zirvəsinə ucalan, qürur mənbəyimiz olan şəhidlərimizin dəfn olunduqları ərazidə
abadlıq işləri aparılması qərara alınıb”- bu fikirləri adıçəkilən bələdiyyənin
sədri Sevinc Atayeva bildirib.
Sədr bildirib ki, sakinlərin müraciətləri bələdiyyə
iclasında cidd şəkildə müzakirə edilmiş və qəbul edilmiş qərara əsasən “Qərib
pir” ziyarətgahında olan səhid abidələrinin qarşı hissəsində gediş-gəlişin
rahatlığı naminə meydança yaradılmış, əraziyə asfalt vurulmuş, meydançanın ətraf
ərazidən ayrılması məqsədi ilə kənarlarına səki daşları da düzülmüşdür.
Yekunda isə ətrafda çoxsaylı sərv ağacının əkilməsi
də həyata keçiriləcəkdir.
Şəhid abidələrinin qarşısındakı meydançada bundan sonra bir sıra abadlıq işləri yerinə yetiriləcəkdir.
Belediyye.info