Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-01-2024 , 20:14

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Yasamal bələdiyyəsi rəhbərliyinin sakinlərlə növbəti görüşü keçirilib

Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov və bələdiyyənin icra aparatının məsul işçiləri Parlament prospekti 500-ci məhəllədə, 4, 4A, 6 saylı binanın sakinləri ilə səyyar görüş keçirilmiş və sakinlərin istək və arzuları dinlənmişdir. 

Sözügedən məhəllədə yeni söhbətgahların yaradılması, oturacaqların qoyulması və ağacların budanılması üçün olan müraciətləri dinlənmiş və yerindəcə işlərin başlanmasına göstəriş verilmişdir.

Rayon ərazisində sakinlərlə səyyar görüşlər bələdiyyə tərəfindən mütəmadi olaraq davam etdirilir və sakinlərin istək və arzuları yerinə yetirilir.