Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-12-2023 , 15:18

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Mətləb Əliyev: “BAMS-ın təkmilləşdirilməsi nəticə etibariylə bələdiyyənin büdcə gəlirlərinə müsbət yöndə təsir edəcəkdir”

 “Ölkəmizdə bələdiyyələrin formalaşmasının 24-cü ili tamam olur. Bu münasibətlə ölkə bələdiyyələrinin  qarşılaşdığı problemlərin həllində  Prezident Adminstrasiyasının və Ədliyyə Nazirliynin müvafiq qurumlarının birgə həyata keçirdiyi layihələr nəticə etibariylə bələdiyyə sistemində canlanma yaradıb”- bu fikirləri Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyev  bələdiyyənin inzibati binasında keçirilən görüşdə bidlirib.

Bələdiyyə üzv və qulluqçuların  iştirakıyla keçirilən görüşdə sədr M.Əliyev  Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminin (BAMS) təkmlilləşdirilməsi və bu sistemin Adminstrasiyanın Bələdiyyələrlə iş sektorunun dəstəyi ilə Əmlak məsələləri Dövlət Xidmətinin bazasına inteqrasiya edilməsi bələdiyyələrin büdcə gəlirlərinin artmasına ciddi şəkildə təsir edəcəyini qeyd edib. 

Bununla yanaşı Bələdiyyələrə iş mərkəzinin dəstəyi ilə BAMS-ın mobil notariat sisteminə yaxın günlərdə  əlaqələndirilməsi bələdiyyələrin fəaliyyətinə müsbət yöndə təsir etməklə, həm də qarşılaşdıqları çətinlikləri aradan qaldırlmasına imkan və şərait yaradacaqdır. Ancaq büdcə gəlirlərinin artmasında əsas yük bələdiyyənin vergi xidmtəinin üzərinə düşür. Borclu vergi ödəyicilərlə bağlı bələdiyyə aktlarının icra şöbəsinə göndərilməsində ciddi irəliləyişin olduğunu qeyd edən sədr digər bələdiyyələrlə təcrübə mübadiləsinin aparılmasının zəruri olduğunu da xüsusi vurğulayıb. 

Görüşdə bələdiyyənin sədr müavinləri İsrafil Hüseynov, Təbriz Ağayev, üzvlərdən Əfrasiyab Əmirov  çıxış edərək həyata keçirilən layihələrin icrasının bələdiyyələrin ümumi fəaliyyətinə müsbət təsir edəcəyini əminliklə vurğulayıblar. 

Belediyye.info