Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-12-2023 , 20:12

1405

Son xəbərlər

Bütün xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Mətləb Əliyev: "Əlilliyi olan şəxslərə qayğı cəmiyyətimizin hər bir  üzvünün, o cümlədən bələdiyyə üzv və qulluqçularının borcudur"

“Xəzər rayonu Buzovna bələdiyyəsi Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 3 Dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunan humanitar aksiya keçirib”- bu barədə Belediyye.infoya məlumatı adıçəkilən bələdiyyənin sədri Mətləb Əliyev bildirib.

Sədr açıqlamasında bildirb ki, hər bir qəsəbə sakiniylə görüşdə ölkəmizdə əlillərə göstərilən diqqət və qayğıkeşlikdən söz açılıb. Bildirilib ki, əlillərin təhsilə, əmək fəaliyyətinə cəlb olunması, sosial rifahının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən silsilə tədbirlər görülür, bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır.  Bu istiqamətdə bələdiyyələrdə öz töhfəsini verməkdədir.

Sədr daha sonra qeyd eidb ki, əlilliyi olan şəxslərə, xüsusən uşaqlara qayğı cəmiyyətimizin hər bir üzvünün, o cümlədən bələdiyyə üzv və qulluqçuların  borcudur.

Humanitar aksiya çərçivəsində bələdiyyə sədri, üzvlərin və qulluqçuların iştirakıyla hər bir aztəminatlı qəsəbə sakin olan fiziki məhdud sakinə ərzaq bağlaması pay verilib.

Qəsəbə sakinləri fiziki məhdudiyyətli şəxslərin sosial rifahı naminə onlara daim diqqət göstərən dövlətimizə və ölkə rəhbərliyinə, təşkilatçılıq üçün Buzovna Bələdiyyəsinin sədrinə və əməkdaşlara öz minnətdarlıqlarını ifadə etdilər.