Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-12-2023 , 15:46

1420

Son xəbərlər

Bütün xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əziz Zeynalov: “Bələdiyyənin büdcə gəlirinin 36 faizədək artırılması kollektivin birgə fəaliyyətinin nəticəsidir"

“Nəsimi Bələdiyyəsi BAMS proqramının yenilənməsi ilə bağlı atılan addımları təqdirəlayiq hesab edir və tətbiq edilən yeniliklərin tezliklə öz bəhrəsini verəcəyinə inanır” - bu fikirləri bələdiyyə sədri Əziz Zeynalov bələdiyyə qulluqçularının iştirakıyla keçirilən görüşdə bildirib.

Sədr iştirakçılara Bələdiyyələrlə iş Mərkəzində  BAMS proqramının yeni versiyasının işə salınmasıyla bağlı keçirilən görüşlə bağlı məlumat verərək Adminstrasiyanın müvafiq sektorunun tövsiyəsi ilə  “Bələdiyyələrin onlayn xidmət mərkəzi” tərəfindən  atılan addımların bələdiyyələrin büdcə gəlirlərinin artımına ciddi şəkildə təsir edəcəyini bildirib.

Sədr bildirib ki, bələdiyyənin vergi xidmətinin cari ildəki fəaliyyətini təhlil etdikdə cari ildə ümumui büdcə gəlirində 36 faizədək artımın olmasını müsbət dəyərləndirmək olar və  bunu kollektivin birgə fəaliyyətinin nəticəsi kimi hesab etmək olar.

Büdcə gəlirlərinin artım tempində əmlak vergisinin yığım həcmində xüsusi irəliləyiş hiss olunur. İnanırıq ki, tətbiq edilən yenilik bu gəlirlərinin  həcmini bir xeyli artırmış olacaq.

Görüşdə bələdiyyənin  uçot və qeydiyyat şöbəsinin rəisi və vergi şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edir Gülməmməd Səfərzadə BAMS-ın yeni sistemin tam işə düşməsiylə bağlı  görüləsi işlərdən danışaraq, hazırda bütün qüvvələrin bu istiqamətdə yönəldiyini qeyd edib.

Görüşdə bələdiyyənin sədr müavini  Rahib Hacıyev, sədrin köməkçisi Ədviyyə Rəsullu, həmçinin “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birilyinin sədri Vüqar Tofiqli də iştirak edərək öz fikir və mülahizələrini bölüşüblər.    

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər